Modern.az

Skripalla bağlı yeni xəbər YAYILDI

Skripalla bağlı yeni xəbər YAYILDI

Dünya

6 Aprel 2018, 17:53

Həkimlər “QRU”nun eks-polkovniki Sergey Skripalın vəziyyətini artıq kritik qiymətləndirmir.

Modern.az xəbər verir ki, bu barədə İngiltərənin Milli Sağlamlıq Mərkəzinin rəsmi səhifəsində qeyd edilib.

 

“O, müalicəyə müsbət reaksiya verir” – məlumatda qeyd edilir.

Həkimlər Skripalın vəziyyətinin kritik olmadığını və yaxşılığa doğru inkişaf etdiyini bildiriblər.

 

Xatırladaq ki, bundan əvvəl mətbuatda Sergey Skripalın qızı Yuliya Skripal ilə əmisi qızı Viktoriya Skripalın telefon danışığının səs yazısı təqdim olunmuşdu. O yazıda Yuliya, hər şeyin yaxşılığa doğru getdiyini və tezliklə xəstəxananı tərk edəcəklərini bildirib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir