Modern.az

ABŞ-Çin MÜHARİBƏSİ - Qalib tərəf kim olacaq?

ABŞ-Çin MÜHARİBƏSİ - Qalib tərəf kim olacaq?

7 Aprel 2018, 09:26

Çin və ABŞ ticarət müharibəsinin fitilini biraz da alışdırırlar.

 

Tərəflər idxal rüsumu tətbiq edəcəkləri malların siyahısını qarşılıqlı dərc ediblər. Çin Ümumdünya Səhiyyə Təşkilatına şikayət edib. Ekspertlərin fikrincə, rəsmi Pekinin Vaşinqton qarşısında mövqeləri güclüdür və tərəflər bir-birinə güzəşt etməyə hazır deyil.

 

Modern.az saytı bu ticarət müharibəsinin perspektivləri ilə bağlı kiçik araşdırma aparıb.

Dünya bazarları buna indekslərin aşağı düşməsi və qlobal iqtisadi qarşıdurmadan narahatlıq hissi ilə reaksiya verib.

Tramp administrasiyası aprelin 3-də 1300 Çin malının adının yer aldığı siyahını dərc edib. Həmin mallara 25% vergi tətbiq olunacağı bildirilir. Siyahıya dərmanlar, tibb avadanlıqları, məişət texnikası, aviamühərriklər, robototexnika, hərbi sənaye məhsulları və s. daxil edilib. Bu məhsulların toplam miqdarı 100 milyard dollar təşkil edir.

 

Çinin cavab siyahısında isə ümumi dəyəri 50 milyard dollara çatan 106 məhsul, o cümlədən avtomobillər, neft-kimya məhsulları və təyyarələr daxildir. “Çin ticarət müharibəsi istəmir amma buna hazırdır”-deyə kommunist dövlətinin ticarət naziri Van Şouven deyib.

 

ABŞ Çinin ən böyük ticarət tərəfdaşlarından biri sayılır. Çindən ABŞ-a ixrac olunan məhsullar ABŞ Ümumi Daxili Məhsulunun 0,7%-i həcmindədir. ABŞ-dan Çinə malların ixrac göstəricisi isə Çinin ÜDM-nın 3%-nə çatır.

 

Digər yandan, Çinə satılan Amerika məhsulları arasında texnologiyalar, avtomobillər, avadanlıqlar, mühərriklər üstünlük təşkil edirsə, əks istiqamətdə kimya və məişət malları daha çox alınır.

Ekpsertlərin fikrincə, ABŞ-a Çin məhsullarının yerini doldurmaq nisbətən asan başa gələ biləcək. Amma uzaq perspektivdə ABŞ şirkətləri ciddi maliyyə itkiləri ilə üzləşə bilər. Çünki ticarət bazarında müşahidə olunan qeyri-müəyyənlik Beynəlxalq Ticarət Təşkilatında ABŞ-a qarşı qaldırılacaq şikayətlərlə paralellik təşkil edəcək.

 

Qlobal ticarət müharibəsinə startı Tramp martın əvvəllərində vermişdi. Avropadan idxal olunan polada 25%, alüminiuma isə 10%-lik vergi tətbiq edən Tramp administrasiyası sonradan Avropa Birliyi, Meksika və Kanadanın müvəqqəti olaraq bu vergidən azad olunduğunu elan etmişdi. Amma istehal etdiyi poladın 10%-ni ABŞ-a satan rəsmi Pekin bu planlara qarşı çıxmışdı.


Çin hakimiyyəti buna qarşı kəskin etiraz etsə də, Tramp martın 22-də "Çinin iqtisadi aqressiyasına qarşı mübarizə” adı almış qanuna imza atmışdı.

“Çinə və Çin rəhbəri Si Tzinpinə hörmətim var. Amma bizim ticarət balansımızda ciddi mənfi saldo var”-deyə Tramp qeyd etmişdi. Onun sözlərinə görə, ticarət balansındakı mənfi saldo 540 milyard dollardır.

 

Bütünlükdə, Çin bazarı ABŞ-a böyük gəlir gətirdiyi üçün rəsmi Vaşinqton ticarət müharibəsinin genişləndirilməsinə maraq göstərmir. Digər tərəfdən, Çin də bu qarşıdurmanın ciddi maliyyə itkiləri ilə müşahidə olunacağını yaxşı anlayır. Ona görə, yaxın vaxtlarda Vaşinqton-Pekin xəttində yeni danışıqların aparılacağı və Pekinin müəyyən güzəştlərə gedəcəyi gözlənilir.  

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?