Modern.az

ABŞ Rusiya cəmiyyətini daxildən parçalamaq istəyir - Vaşinqtondakı SƏFİRLİK  

ABŞ Rusiya cəmiyyətini daxildən parçalamaq istəyir - Vaşinqtondakı SƏFİRLİK   

7 Aprel 2018, 11:58

Rusiyanın ABŞ-dakı səfirliyi yeni sanksiyaları sərt tənqid edib. Modern.az xəbər verir ki, səfirlik öz “Feysbuk” hesabında bu barədə məlumat yerləşdirib.

“Sanksiyaların arxasında ABŞ-ın bizim cəmiyyətimizi parçalamaq səylərini görürük. Alınmayacaq. Ölkə xarici təzyiq qarşısında hər zaman öz liderinin ətrafında sıx birləşib. Bu yaxınlarda baş tutmuş prezident seçkiləri də xalqımızın böyük əksəriyyətinin cənab Putini dəstəklədiyini göstərir” – səfirliyin “Feysbuk” hesabında bildirilib.

Səfirlik yeni sanksiyalara görə “qara siyahı”ya salınmış şəxsləri “rus biznesinin kapitanları” adlandırıb. Səfirlikdən verilən açıqlamaya görə, bu şəxslər ABŞ qaydaları ilə oynamaqdan imtina etdikəri üçün həmin siyahıya düşüblər.

Diplomatlar ən çox Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kasaçevin bu siyahıya düşməsindən narazıdırlar. Onların sözlərinə görə, bu siyasətçinin iki ölkənin parlamentləri arasında münasibətlərin yaxşılaşdırılmasında əvəzolunmaz xidmətləri olub.

“İndi isə bu sahədə heç kimə lazım olamayan artıq problemlər yaranıb”- yazıda vurğulanıb.



Əvəz Zeynalov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir