Modern.az

Saakaşvili özünə yeni iş yeri tapdı

Saakaşvili özünə yeni iş yeri tapdı

7 Aprel 2018, 17:31

Gürcüstanın eks-prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili indi də Hollandiya universitetində məruzə oxuyacaq. Modern.az xəbər verir ki, bu barədə Mixail Saakaşvilli özünün “Feysbuk” hesabında məlumat paylaşıb.

“Hollandiya Spikerlər Akademiyası ilə əməkdaşlıq barəsində razılaşmışam. Hələ ki məruzələrlə pul qazanacam. Akademiyada çox gözəl kollektiv var. Bizim region haqda gözəl məlumatlı olmaları və düzgün fikirləri ilə onlar məni heyran etdilər. Ümid edirəm ki, uzun müddət məruzə oxumalı olmayacağam. Təcrübəmi daha çox olriqarxları hakimiyyətdən salmağa və islahatlar həyata keçirməyə sərf etməyə planlaşdırıram”-deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Ukrayna vətəndaşlığından məhrum edilən Mixail Saakaşvili hazırda Hollandiyada yaşayır. Ona Hollandiyada yaşamağa və işləməyə icazə verən sənəd verilib. Bu sənədin köməkliyi ilə istənilən Avropa ölkəsində işləyə bilər.


Əvəz Zeynalov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır