Modern.az

BMT-nin baş katibi ciddi narahatdır - Kimyəvi silahlar işə düşür?

BMT-nin baş katibi ciddi narahatdır - Kimyəvi silahlar işə düşür?

8 Aprel 2018, 21:07

BMT-nin baş katibi Antoniu Quttereş Suriyada kimyəvi silahın tətbiqi haqda xəbərdən narahatlığını bildirib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujjarikin açıqlamasında bildirilir.

"Baş katib son 36 saatlıq nisbi sakitlikdən sonra Dumada, Şərqi Qutada yenilənən və güclənən zorakılıqdan ciddi narahatdır", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, Duma yaşayış məntəqəsində kimyəvi silahın dinc sakinlərə qarşı tətbiq edilməsi Quttereşdə xüsusi narahatlıq doğurub.

Xatıqladaq ki, Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiq edilib. Nəticədə onlarla dinc sakin həlak olub. Onlar arasında qadınlar və uşaqlar da var. Ölənlərin sayının artacağı istisna edilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir