Arxiv
4 Aprel 2018, 12:09 | HADİSƏ
İaşə oyektlərində bizə yedizdirilən “dəvə qutabı” - Bəs əslində hansı ətdən bişirilir...

Abşeron mətbəxinin vazkeçilməz dadı sayılan dəvə qutabına Bakının müxtəlif yerlərində rast gəlmək mümkündür. Əsasən “Corat qutabı” kimi tanınan təam müxtəlif qiymətlərlə alıcılara təklif edilir. Coratda təxminən 70 qəpiyə olan qutab, Bakıda 1 manat 20 - 1 manat 50 qəpiyə satılır.

Bəs bu qədər dəvə əti haradan alınır, dəvələri kimlər, necə kəsir, dəvə əti adı altında aldadılmırıq ki?

Bəzi iddialara görə, dana ətinin üzərinə şəkər tozu əlavə etməklə, dəvə ətinin dadını almaq mümkündür. Ümumiyyətlə, dəvə qutabının hazırlanmasında istifadə edilən ətin mənşəyi barədə müxtəlif iddialar səsləndirilir. Qeyd edilir ki, Azərbaycanda o qədər dəvə yoxdur ki, illərlə satışı təşkil olunan dəvə qutabına bəs etsin. Bəlkə dəvə əti xaricdən gətirilir?

Modern.az saytı bu suallara cavab tapmağa çalışıb.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN)  İstehsl müəssisələrinin idarə olunması şöbəsinin müdiri Tofiq Qocayev Modern.az-a deyir ki, Azərbaycana xarici ölkələrdən dəvə əti gətirilmir:


“Nazirlik olaraq xaricdən diri dəvə və dəvə əti almırıq. Öz təsərrüfatımızda-Abşeron rayonu ərazisində dəvələr yetişdirilir. Bu da genofondu saxlamaq üçündür, kəsim üçün deyil. Hazırda həmin təsərrüfatda təxminən 60-70 baş dəvə var, indi onların baş sayının artırılması istiqamətində işlər aparırıq. Yetişdirilən dəvələrdən hansı formada istifadə olunacağı müəyyənləşəcək. Amma bu gün nazirlik dəvə əti istehsalı ilə məşğul olmur”.


Şöbə müdiri şəhərin müxtəlif yerlərində dəvə ətindən hazırlanmış təamların satılmasına da münasibət bildirib:

“Həmin ətlər nazirlik tərəfindən istehsal olunmur. Amma məndə olan məlumata görə, ayrı-ayrı şəxsi təsərrüfatlarda dəvə saxlayırlar və onların ətindən istifadə edirlər. Amma kim, necə, harada saxlayır, necə kəsir - bu barədə məlumatsızam”.

 

T.Qocayev bir dəvədən alınan ətin çəkisi barədə də dəqiq məlumata sahib olmadığını bildirir:

“Çünki nazirlik olaraq dəvə kəsimi etməmişik ki, kiçik, yaxud böyük dəvədən nə qədər ət alındığını bilək”.


Müştəri kimi əlaqə saxladığımız “Bakı qutabı” iaşə şəbəkəsindən Modern.az-a deyiblər ki, dəvət ətini Maştağadan alırlar:

“Amma hazırda dəvə kəsiminə icazə olmadığı üçün dəvə qutabımız yoxdur. Bizə bildirilib ki, dəvələrin sayı azlıb deyə, daha kəsmirlər”.

“Bakı qutab”ın əməkdaşı dana ətinin üzərinə şəkər əlavə olunması iddialarını əsassız adlandırıb: “Çünki biz dəvə əti alırıq”.

 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyir ki, ölkədə dəvə əti kəsimi üçün standartlar yoxdur:

“Azərbaycanda dəvə ətinin kəsimi üçün standartlar və yerlər mövcud deyil. İstənilən dəvə əti kəsildikdən sonra şok dondurulmadan keçirilməlidir ki, heyvan mənşəli mikroblar ölsün. Dəvə ətindən hazırlandığı iddia edilən qutablarda istifadə edilən ət, dəvə əti olsa belə, təhlükəlidir. Çünki heç birinin sertifikatı yoxdur. Gigiyena qurumları onlara dəvə ətindən qida hazırlamaq üçün sertifikat verməldir. Sertifikat yoxdursa, deməli başqa heyvan ətidir. Çünki onlar şok dondurulmadan keçirilmir. Başqa heyvan ətlərinin dəvə əti adı altında satılması istisna edilmir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yunanıstan Almaniyadan təzminat tələb edir 19 Aprel 2019, 23:56 Azərbaycan nefti 75 dollaradək  bahalaşdı 19 Aprel 2019, 23:34 Xətaidə anbarda başlayan yanğın söndürüldü 19 Aprel 2019, 23:19 Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı 19 Aprel 2019, 23:03 İran 290 cəsus aşkarlayıb 19 Aprel 2019, 22:46 Yasamalda mənzil siqaretdən yandı 19 Aprel 2019, 22:24 “Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı 19 Aprel 2019, 22:11 Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı 19 Aprel 2019, 21:49 “Bu pullar Allah naminə yığılırsa da, kimlərinsə cibinə gedir” - Sabir Rüstəmxanlı 19 Aprel 2019, 21:33 Prezidentliyə namizədlərin debatı başlayıb - CANLI YAYIN 19 Aprel 2019, 21:17 “Neftçi” liderlə xal fərqini qorudu 19 Aprel 2019, 21:06 Prezident Administrasiyasının rəhbəri istefa verdi 19 Aprel 2019, 20:51 “Traktor”un oyununda qarşıdurma: xeyli yaralı var - VİDEO 19 Aprel 2019, 20:36 Bakıda İran Ticarət Mərkəzi  açıldı 19 Aprel 2019, 20:18 İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı 19 Aprel 2019, 20:06 Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40 Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO   19 Aprel 2019, 19:32 Tənqidlər konstruktiv olarsa biz məsələni daha tez həll edə bilərik - NAZİR 19 Aprel 2019, 19:23 Polis 3 il əvvəl törədilən qətlin üstü açdı 19 Aprel 2019, 19:14 Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır   19 Aprel 2019, 19:05 Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var   19 Aprel 2019, 18:58 Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri AÇIQLANDI   19 Aprel 2019, 18:49 Ramil Usubov 372 nəfəri işə götürdü   19 Aprel 2019, 18:40 İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək 19 Aprel 2019, 18:31 Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07 Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI 19 Aprel 2019, 17:54