Modern.az

İsrail ordusu unikal əməliyyat keçirib - DETALLAR

İsrail ordusu unikal əməliyyat keçirib - DETALLAR

9 Aprel 2018, 12:52

Suriyanın Tifor hava limanına hücumunu İsarilin 2 ədəd F-15 qırıcısı həyata keçirib.

Modern.az xəbər verir ki, bu barədə “Ria Novosti” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

“İsrail Hava Qüvvələrinin 2 ədəd “F-15” qırıcısı Suriyanın hava sərhədini pozmadan Livan ərazisindən 8 ədəd idarə olunan raketlə zərbə endirib.” – nazirlikdən bildirilib.

Bu raketlərdən 3-ü hava limanının qərb istiqamətini vurub. Qalan 5-i isə Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

 

Nazirlikdən həmçinin zərərçəkənlər arasında Rusiya vətəndaşlarının olmadığı da bildirilib. İsrail tərəfi bu informasiyanı şərh etməkdən imtina edib.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir