Modern.az

Aeroport boşadıldı - \"Bombey\" sözü səhvən “bomba” oxunub

Aeroport boşadıldı - \

9 Aprel 2018, 14:48

Avstraliyanın Brisben hava limanında sərnişinlər üzərində qorxulu yazı olan çanta aşkar edilib.

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, çantanın üzərində əl ilə “Bomb to Brisbane” ("Brisbenə bomba") yazılıb.

Polis sərnişinləri aeroport binasını tərk etməyə çağırıb.

Aparılan araşdırma nəticəsində məlum olub ki, çanta 65 yaşlı Mumbay şəhər sakininə məxsus olub. Qadın kağıza şəhərin köhnə adı olan "Bombey" sözünü qısa formada yazıb.

Polislər çantanın təhlükə törətmədiyini müəyyən etdikdən sonra qadın azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır