Modern.az

Elman Rüstəmovdan manatın taleyi barədə AÇIQLAMA  

Elman Rüstəmovdan manatın taleyi barədə AÇIQLAMA   

İqtisadiyyat

9 Aprel 2018, 15:43

Azərbaycan manatının zəifləməsi üçün heç bir fundamental fakt yoxdur.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

"Biz əhəmiyyətli profisit gözləyirik. Neftin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yüksəkdir. Bu ilin birinci rübündə valyuta hərraclarında təklif tələbi üstələyib. Manatın zəifləməsi üçün hər hansı bir fundamental fakt yoxdur. Düşünürük ki, bu, baş verməyəcək", - deyə bankın sədri qeyd edib.

 
E.Rüstəmov deyib ki, Azərbaycanda orta illik inflyasiyanın səviyyəsi birinci rübün yekunlarına əsasən dörd faiz təşkil edib.


E.Rüstəmov bildirib ki, mart ayının sonuna olan vəziyyətə görə, ərzaq məhsulları üzrə orta illik inflyasiya 4,5 faiz, qeyri-ərzaq malları 4,3 faiz, xidmətlər üzrə inflyasiya 2,9 faiz təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir