Modern.az

Messi BMT-nin səfiri  oldu

Messi BMT-nin səfiri  oldu

Dünya

9 Aprel 2018, 20:27

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) səfiri təyin olunub. 

Modern.az-ın  məlumatına görə, bunu təşkilatın baş katibi Zurab Pololikaşvili İspaniya La Liqasının XXXI turunda keçirilən "Barselona" - "Leqanes" (3:1) matçından sonra açıqlayıb. 

Argentinalı futbolçu yeni vəzifəsi haqqında da danışıb: "Səyahət mənə başqa mədəniyyətləri və cəmiyyətləri araşdırmağa kömək etdi. BMT-nin Ümumdünya Turizm Təşkilatı turizmin inkişafın bir mənbəyi olmasını istəyir. Bu işə qoşulduğum üçün çox şadam". (Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!