Modern.az

Bu rayonlarda 15 modul tipli məktəb quraşdırılacaq

Bu rayonlarda 15 modul tipli məktəb quraşdırılacaq

Təhsil

9 Aprel 2018, 20:41

 

Prezident İlham Əliyev  Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 

Modern.az-ın məlumatına görə, Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 min manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Sərəncama əsasən, Cəlilabadın Türkelli, Qarağac, Ağusəm, Oğrubulaq, Hacıməmmədli, Lallar, Hacıcavad, Ətcələr, Ləzran, Suluçeşmə, Masallının Şıxlar, Bala Təklə, Yardımlının Şıxlar, Bilnə, Avun kəndlərində modul məktəblər quraşdırılacaq.

Cəlilabad, Masallı və Yardımlı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

 

Sıra №-si Təhsil müəssisələrinin adları Ayrılan vəsait
1 Cəlilabad rayonu Türkelli kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 310 000
2 Cəlilabad rayonu Qarağac kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
3 Cəlilabad rayonu Ağusəm kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
4 Cəlilabad rayonu Oğrubulaq kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
5 Cəlilabad rayonu Hacıməmmədli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
6 Cəlilabad rayonu Lallar kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
7 Cəlilabad rayonu Hacıcavad kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
8 Cəlilabad rayonu Ətcələr kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
9 Cəlilabad rayonu Ləzran kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
10 Cəlilabad rayonu Suluçeşmə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
11 Masallı rayonu Şıxlar kənd 2 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
12 Masallı rayonu Bala Təklə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
13 Yardımlı rayonu Şıxlar kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 390 000
14 Yardımlı rayonu Bilnə kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
15 Yardımlı rayonu Avun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000
  Cəmi 5 177 000
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir