Modern.az

Tramp ilk dəfə şəxsən Putini hədələdi: \"Buna görə cavab verməli olacaq\"

Tramp ilk dəfə şəxsən Putini hədələdi: \

10 Aprel 2018, 00:09

ABŞ prezidenti Donald Tramp Suriyanın Duma və Şərqi Quta şəhərlərində “iyrənc” kimyəvi hücumu bir daha qınayb. Qərb mənbələrinə görə, bu hücum nəticəsində onlarla insan həlak olub.

Virtualaz.org “Associated Press”ə istinadən xəbər verir ki, bununla bağlı Tramp deyib: “Əgər bunun arxasında Rusiya, Suriya, yaxud İran, və ya üçü birdən durursa, biz bunu yaxın zamanlarda aydınlaşdıracağıq”.

Rusiyanın kimyəvi hücumda rolu barədə suala cavab olaraq Ağ Ev rəhbəri bildirib ki, Suriya rejimini dəstəkləyən onun rusiyalı həmkarı Vladimir Putin “buna görə məsuliyyət daşıya bilər”.

“Onun (Putinin) əli ola bilər. Əgır bu belədirsə, ABŞ-ın cavabı sərt olacaq. Hamı məsuliyyət daşımalıdır. O (Putin) da, başqaları da”, - Amerika lideri deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır