Modern.az

Ağ Evdən britaniyalı azarkeşlərə çağırış: \"Rusiyaya getməyin\"   

Ağ Evdən britaniyalı azarkeşlərə çağırış: \

10 Aprel 2018, 00:13

 

 Ağ Ev britaniyalı futbol azarkeşlərini  DÇ-2018-də tamaşaçı qismində iştirak etmək üçün Rusiyaya yollanmamağa xəbərdar edib.  

Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Adı açıqlanmayan Ağ Ev rəsmisinin sözlərinə görə, “Skripal işi” ilə əlaqədar britaniyalı diplomatlar Rusiyadan xaric edildikdən sonra Birləşmiş Krallıq ölkələrindən gələn futbol azarkeşləri  diplomatik missiyadan lazımı dəstəyi görə bilməyəcəklər.

Nəticədə britaniyalı turistlərin hüquqları lazımı dərəcə qorunmayacaq. Ağ Ev rəsmisi,  Rusiyada keçiriləcək mundiala bilet almazdan əvvəl “yüz ölçüb, bir biçməyi” məsləhət görüb.

Qeyd edək ki, 2018-ci ilin  futbol üzrə dünya çempionatı  14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir