Modern.az

Dünya xalqlarının qeyri-adi İNANCLARI

Dünya xalqlarının qeyri-adi İNANCLARI

10 Aprel 2018, 11:48

Məntiqli bir açıqlaması olmasa da, dünya əhalisinin qeyri-adi inanclarının olduğu hamıya məlumdur. 

 

Valideynlərimiz, eləcə də ətrafımızdakı insanların vasitəsilə bu inanclar həyatımıza müəyyən mənada təsirsiz ötüşmür.

 

Modern.az bəzi ölkələron özünəməxsus qeyri-adi inanclarını təqdim edir

 

Rusiyada hansısa quşu vurub yıxmaq gəlir əldə etməyin  nişanəsi kimi qəbul olunur.

 

Fransada itin arxasından ilk addımınızı sol ayağınızla atsanız, bu sizə xoşbəxtlik gətirər. Sağ ayaqla atmısınızsa, başınıza bir bədbəxlik gələcək.

 

Dağıstanda şorbanın içinə bir milçək düşərsə qəmgin olmağa dəyməz.  Bu, sizə bir hədiyyə veriləcəyi anlamındadır.  

 

Yunanıstanda səbr götürdüyünüz zaman kimsə mütləq arxanızca danışır. Evdə kaktus saxlasanız, o sizi bütün mənfi enerjidən, pis qəlbli insanlardan qoruyar.

 

Danimarkada sınıq qablar uğur gətirir. Hətta Milad bayramında hədiyyə kimi istifadə olunur.

 

Çində əriştəni dişləmək doğru hesab olunmur. Çünki o, uzun ömür və rifah mənasındadır.

 

Almaniyada qarşınızdan gələn pişik  soldan sağa tərəf hərəkət etsə,  başınıza bir bədbəxt hadisə gələcək. Sağdan sola hərəkət etsə əksinə.

 

Yaponiyada gecə vaxtı qaranlıqda güzgüyə heç vaxt baxmaq olmaz.

 

Maltada bütün kiləsələrin saatları  fərqli bir vaxtı göstərir. Bunun səbəbi isə şeytanın ağlını qarışdırmaqdır.

 

Qətərdə hörümçək öldürmək təhqir kimi qəbul olunur. Çünki onlar evləri yanğınlardan qoruyur.

 

İtaliyada kimisə tərifləmək onun üçün bəla gələcəyi anlamındadır. Tərif bəlaların anası hesab olunur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir