Modern.az

Polis sabah gücləndirilmiş iş rejimində çalışacaq

Polis sabah gücləndirilmiş iş rejimində çalışacaq

10 Aprel 2018, 12:24

11 aprel Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a bildirib ki, sabah polislər gücləndirilmiş iş rejimində çalışacaq:

“Aprelin 10-dan 14-dək daxili işlər orqanları gücləndirilmiş iş rejimində xidmət edəcək. Əhalinin təhlükəsizliyinin təmin olunması, seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi tərəfimizdən təmin ediləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır