Modern.az

Bakıda 3 istiqamətdə metro tikintisi aparılır  

Bakıda 3 istiqamətdə metro tikintisi aparılır   

Aktual

10 Aprel 2018, 14:13

Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Bakı şəhərinin nəqliyyat problemlərinin kompleks şəkildə həllini tapmalı olduğunu vurğulayan İ.Əliyev metro tikintisinin müəyyən fasilədən sonra bərpa edildiyini açıqlayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda 3 istiqamətdə tikinti işləri davam etdirilir:

“Bənövşəyi xəttin 3-cü stansiyası - şərti adı B3, Xocahəsən deposu ilə "Avtovağzal" stansiyası arasında tunel tikintisi, "Həzi Aslanov-2" stansiyası”.

N.Paşayev bildirib ki, şərti adı B3 olan stansiyanın (“Papanin” ərazisində) bu ilin sonunadək istifadəyə verilməyəcək.

Xatırladaq ki, 2011-ci ildə prezident İlham Əliyevin fərmanı Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı təsdiqlənib. Plan paytaxtda yeni metro xətlərinin və stansiyaların tikintisini nəzərdə tutur. Bu işlər nəticəsində 2030-cu ilə qədər Bakı Metropoliteni stansiyaların sayı 76-ya çatdırılacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar