Modern.az

Dünya Çempionatına ən çox bu ölkələrdən bilet alınıb - SİYAHI

Dünya Çempionatına ən çox bu ölkələrdən bilet alınıb - SİYAHI

10 Aprel 2018, 18:04

Rusiyada keçiriləcək dünya çempionatına biletləri ən çox ABŞ vətəndaşları alır. ABŞ-dan olan azarkeşlər artıq 80 161 biletə yiyələniblər.

 

Modern.az xəbər verir ki bu barədə “Sprot-express” məlmat yayıb.

İkinci yerdə Braziliya azarkeşləri ( 65 863 bilet) üçüncü yerdə isə Kolumbiya ( 60 199 bilet) gəlir.

 

Rusiya azarkeşləri isə artıq 796 875 biletə sahibləniblər.

Qeyd edək ki, biletlərin satışı 2017-ci ilin sentyabr ayından start götürüb. Və artıq 1 698 049 ədəd bilet satılıb. Aprelin 18-də isə yeni biletlərin satışına start veriləcək.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi