Modern.az

Ərdoğan Lavrovu  tənqid etdi: "Heç kimin haqqı yoxdur!"

Ərdoğan Lavrovu  tənqid etdi: "Heç kimin haqqı yoxdur!"

10 Aprel 2018, 20:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını tənqid edib.

Modern.az-ın  məlumatına görə, S.Lavrovun bəyanatının yanlış olduğunu bildirən R.T.Ərdoğan qeyd edib ki, heç kimin Türkiyəyə Afrində necə hərəkət etmək barədə göstəriş verməyə haqqı yoxdur.

 

Bundan əvvəl Rusiyanın xarici işlər naziri bəyan etmişdi ki, Türkiyə Afrini Suriya hakimiyyətinə qaytarmalıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub. (trend.az)

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı