Modern.az

Bakıda güclü yanğın, 30-dək mənzili alov bürüyüb

Bakıda güclü yanğın, 30-dək mənzili alov bürüyüb

27 Noyabr 2009, 16:44

Noyabrın 27-də səhər Bakının Xətai rayonu Şirin Mirzəyev küçəsi 15 ünvanında yerləşən xüsusi təyinatlı mənzil kommunal istismar birliyinə məxsus binada güclü yanğın baş verib.
Hadisə nəticəsində ikimərtəbəli binanan təqribən 30-a yaxın mənzilini alov bürüyüb. Əraziyə paytaxtın müxtəlif rayonlarının yanğınsöndürənləri cəlb edilib. Bina sakinlərinin sözlərinə görə, yanğın 20 nömrəli mənzildən başlayıb. Belə ki, mənzildə yaşayan gözdən əlil qadın Nadejda Denisovanın 90 yaşı var və o özünü idarə edə bilmir və elə hadisə də onun ehtiyatsızlığı ucbatından baş verib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin məlumatına görə, binanın ikinci mərtəbəsinin 500 kvadratmetr hissəsi yanıb. Yanğın zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, yanğın təqribən 2 saata söndürülüb.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin təhqiqatçıları araşdırmalara başlayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir