Modern.az

“Skripal işi” – Eks-polkovnikin qızı hərbi bazaya aparıldı

“Skripal işi” – Eks-polkovnikin qızı hərbi bazaya aparıldı

11 Aprel 2018, 10:14

Rusiya Baş Kəşfiyyat İdarəsinin (“QRU”) eks-polkovniki Sergey Skripalın qızı Yuliya Skripal hərbi bazadakı hospitala aparılıb.

Modern.az xəbər verir ki, bu barədə “Sun” qəzeti məlumat yayıb.

Qəzet bu məlumatı hərbi dairələrdəki informasiya mənbəyinə əsasən məlumat verib.

Yuliya Skripalın hospitala təhlükəsizlik və sağlamlığını nəzarətə götürmək səbəbi ilə  aparıldığı bildirilir.

 

Hərbi hissənin adı və ünvanı haqda dəqiq məlumat yoxdur.

 

Xatırladaq ki, “QRU”nun eks palkovniki Rusiya ərazisində Britaniya xeyrinə casusluq etməkdə ittiham edilərək Britaniya tərəfinə təhvil verilib.

 

Daha sonra martın 4-də o və qızı Yuliya Skripal Solsberidə huşsuz vəziyyətdə tapılıb. İstintaq onların SSRİ istehsalı olan “Noviçok” sinir-iflic qazı ilə zəhərləndiklərini müəyyənləşdirib.

 

Ötən gün Yuliya Skripal xəstəxanadan evə buraxılıb.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər