Modern.az

Azərbaycan Qarabağa gedən yolları bağlamaq İSTƏYİR – Ermənistanı qorxuya salan AÇIQLAMA

Azərbaycan Qarabağa gedən yolları bağlamaq İSTƏYİR – Ermənistanı qorxuya salan AÇIQLAMA

Qarabağ

11 Aprel 2018, 11:18

Naxçıvan Azərbaycan və Türkiyə üçün strateji regiondur, Ermənistana görə isə muxtar respublika təhdid mənbəyidir.

 

Naxçıvanın ordu birləşmələri son zamanlar daha da modernləşib, üstəgəl Türkiyənin də bu bölgəyə xüsusi önəm verməsi Ermənistanda qorxu yaradıb.

 

Ümumiyyətlə, son zamanlar Azərbaycanla Türkiyə Naxçıvanda hərbi gücünü möhkəmləndirir. Ermənistan mətbuatı isə yazıb ki, Azərbaycanın Naxçıvanda müdafiəni möhkəmləndirməsi Ermənistan üçün xoş gələcək vəd etmir.

 

Bəzi ekspertlərin fikrincə, Naxçıvanda hazırda 20 min Azərbaycan əsgəri, 400 zirehli texnika, hava hücumundan müdafiə sistemləri və zenit-raket kompleksləri mövcuddur.

 

Ermənistanın veteran kəşfiyyatçısı Vova Vordanov qeyd edib ki, Azərbaycan ordusu Vayk , Gorus, Zəngəzur vasitəsi ilə Yerevanla Dağlıq Qarabağı birləşdirən Vardenis-Ağdərə yolunu ələ keçirmək istəyir.

 

“İki il əvvəl bu yollar vasitəsi ilə könüllülər Qarabağa yardıma gedirdilər – bura silahların yerdəyişməsi və bir çox başqa şeylər daxil idi. Onlar da bunu gördülər. İndi onlar Qarabağda hərbi texnikadan, ordudan və könüllülərdən istifadənin qarşısını almağa çalışır. İndi Azərbaycan çalışır ki, həmin yolu tuta bilməsə də atəş altında saxlamaqla hərbi texnikanın, silahlı qüvvələrin və könüllülərin bu yolla Qarabağa axınına maneçilik törətsin”-deyə V.Vordanov bildirib.

Naxçıvan əslində unikal regional mərkəzdir. Naxçıvan Muxtar Respublikası Türkiyə üçün də strateji önəmə malikdir.

 

Xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk isə Naxçıvanla bağlı Rusiyanın hansı addımlar ata biləcəyinə toxunub.

 

Ekspertin sözlərinə görə, Rusiya üçün Cənubi Qafqazda iki öhdəlik var. Bunlardan birincisi hərbi-siyasi öhdəlikdir ki, bu da birbaşa Ermənistanla bağlıdır. Məsələn, Gümrüdə Rusiya hərbi bazasının mövcudluğu, Ermənistanın Kremlin nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü.

 

O bildirib ki, Ermənistanda Rusiyanın hərbi bazasının olması istənilən destabilizasiya halında vəziyyətə nəzarət etmək funksiyasını daşıyır. Və Rusiya-Ermənistan əməkdaşlığının gücünü bütün xarici oyunçular hiss etməlidir.

 

“Naxçıvan isə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində strateji və ən təhlükəli istiqamətdir. Naxçıvan ümumiyyətlə həmişə təhlükəli istiqamət olub, xüsusilə də 2016-cı ilin aprel döyüşlərindən sonra. Əgər Qarabağda nəsə baş verirsə, Naxçıvan vasitəsi ilə təzyiqlər başlayır və bu regionların coğrafi düzülüşünə əsaslanır. Beləliklə də vəziyyəti nizama salmaq mümkün olur. Naxçıvan Qarabağ münaqişəsinin eskalasiyası çərçivəsində heç bir halda kənarda qala bilməz, bunu anlamaq lazımdır”- Q.Trofimçuk əlavə edib.

 

Ekpspertin fikrincə, Azərbaycan Naxçıvanın əhəmiyyətini anlayaraq təkcə orada ordunu möhkəmləndirmir, həm də göstərir ki, Dağlıq Qarabağda vəziyyət dəyişsə, Naxçıvanda əməliyyatlara başlaya bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı