Modern.az

Rusiya ABŞ raketlərini vuracaq – Moskvadan XƏBƏRDARLIQ

Rusiya ABŞ raketlərini vuracaq – Moskvadan XƏBƏRDARLIQ

Dünya

11 Aprel 2018, 12:24

ABŞ-ın zərbə endirəcəyi təqdirdə Rusiyanın Suriyaya endiriləcək zərbələrə qarşı cavab vermək hüququ var.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin “Əl-Manar” telekanalına müsahibəsində bildirib.

 

Səfir bildirib ki, Rusiya hərbçiləri Suriyada qanuni şəkildə xidmət etdiklərindən bu əraziyə endiriləcək raketləri vurmaq hüquqları var. Eyni zamanda səfir həmin zərbələrin atəş nöqtələrinə cavab zərbələrinin də endirilmə ixtiyarının Rusiyanın əlində olduğunu bildirb.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Suriya ərazisinə daha sarsıdıcı zərbələrin vurulması barədə qərar qəbul edib.

 

 Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır