Modern.az

Dünya qorxuda: Bu silahlar istifadə edilə bilər - ADLAR

Dünya qorxuda: Bu silahlar istifadə edilə bilər - ADLAR

11 Aprel 2018, 13:03

Suriyanın Duma şəhərindəki kimyəvi hücum xəbəri ilə Rusiya və ABŞ arasında münasibətlər yenə kəskinləşib. ABŞ tərəfi bu hücumda rəsmi Dəməşqi günahlandıraraq Əsəd rejiminə qarşı zərbələrin sayını artırmaq istəyir. Rusiya isə belə bir hücumun olmadığını və Suriya hakimməyətinə qarşı hər hansı bir zərbə endirmək haqda iki dəfə düşünməyi məsləhət görür. Bunun ciddi fəsadları haqda ABŞ-ıtəhdid edir.

 

Modern.az saytının məlumatına görə, bütün bu hadisələrin fonunda ekspertləri, hər iki dövlətin Suriyada toqquşması zamanı hansı silahlardan istifadə edə biləcəyi maraqlandırır. Bu barədə “The National İnterest” araşdırma aparıb.

 

Mütəxəsislərin fikrincə ABŞ tərəfi zərbələr endirmək üçün “Tomahawk” və “AGM-86B” raketlərinə üstünlük verəcək. Ekspertlər bu raketlərin Rusiyanın Suriyada yerləşdirdiyi zenit raket komplekslərinə qarşı daha effektiv olduğunu bildirir. Yəni həmin komplekslərin bu raketləri zərərsiləşdirməkdə elə də effektiv olmadığını düşünürlər. Mütəxəsislər eyni zamanda ABŞ-ın ikinci variant  kimi “B-2 Spirit” və “F-22 Raptor” gözəgörünməz qırıcılarından da istifadə edə biləcəyini vurğulayırlar.

 

Rusiya isə “X-101” qanadlı raketləri və dəniz əsaslı “Kalibr” raketlərindən istifadə edə bilər. Bombardmançı təyyarələr qismində isə “Tu-95” və “Tu-160” təyyarələrindən istifadə olunacağı düşünülür. Ekspertlər Rusiyanın bu silahlarla ABŞ və müttəfiqlərinin həm Yaxın Şərqdə, həm də, Avropadakı mövqelərinə zərbələr endirəcəyini ehtimal edirlər.

 

Qeyd edək ki, Suriyanın Şərqi Quta əyalətinin Duma şəhərindəki kimyəvi hücumdan sonra Suriyada hər iki nəhəng arasında münasibətlər pisləşib. Hadisədən sonra ABŞ tərəfi Fars Körfəzindən Aralıq dənizinə “USS Harry S. Truman” qırıcı daşıyan gəmisi ilə yanaşı bir raket daşıyan “Kreyser” və 4 ədəd dağıdıcı gəmi də yönəldib. Son adları çəkilən gəmilər ABŞ-ın Virciniya ştatındakı Nortfolk limanından Aralıq dənizinə yol alıb.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?