Modern.az

Seçkilərin saat 12:00-a olan NƏTİCƏLƏRİ - 2.093.343 seçici səs verib

Seçkilərin saat 12:00-a olan NƏTİCƏLƏRİ - 2.093.343 seçici səs verib

11 Aprel 2018, 13:00

Azərbaycanda prezident seçkilərinin saat 12:00-a olan nəticələri məlum olub.

 

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

 

Ümumilikdə Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

 

Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

 

Prezident seçkilərində səsvermə saat 19:00-da başa çatacaq.

 

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə bundan sonra saat 15:00, 17:00 və 19:00-da məlumat veriləcək. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi