Modern.az

Ermənistan parlamentində qeyri-adi İNSİDENT - FOTOLAR

Ermənistan parlamentində qeyri-adi İNSİDENT - FOTOLAR

11 Aprel 2018, 13:20

Ermənistan parlamentində “Yelk” blokunun deputatları etiraz aksiyası keçirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, çıxış etmək üçün kürsüyə yaxınlaşan deputat Ararat Mirzoyan Sarksiyana qarşı ciddi etiraz edib.

 

“Ermənistanın azad vətəndaşları Serj Sarkisyanın 3-cü müddətə hakimiyyətinə və Respublika partiyasının hegemonluğuna son qoya bilərik. Bunun üçün aprelin 13-də 18:30-da Azadlıq meydanına gəlin və azadlıq fişəngini yandırın”.

 

Bundan sonra, deputat fişnəg yandırararaq etiraz edib. Etiraza blokun digər üzvü Lena Nazaryan da qoşulub.

 

Parlamenti tüstü bürüyüb. Vitse-spiker Eduard Şarmazanov hadisəyə sərt reaksiya verib.

“Aksiyanız baş tutmadı. Qapıları açın, qoy insanlar normal işləsin. Qoy ictimaiyyət bilsin ki, bəzi qüvvələr parlamentdə hansı əməllərlə məşğuldur”.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu