Modern.az

Tramp Rusiyanın “raketləri vuracağıq” mesajına təhdidlə cavab verdi: “Hazır olun!”

Tramp Rusiyanın “raketləri vuracağıq” mesajına təhdidlə cavab verdi: “Hazır olun!”

11 Aprel 2018, 15:25

ABŞ prezidenti Donald Tramp Rusiyanı növbəti dəfə hədələyib.

Modern.az saytının məlumatına görə, Tramp rəsmi facebook hesabında yazıb ki, Rusiya Suriya ərazisinə endiriləcək raketlərə zərbə vuracağına söz verib.

“Rusiya, hazır ol, onlar gələcək, gözəl və “ağıllı" olacaq. Öz xalqını qazla öldürən, və bundan həzz alan bir heyvanla partnyor olmamalısınız”-deyə Tramp bildirib.

Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin “Al-Manar” telekanalına müsahibəsində bildirib ki, onun ölkəsi Suriya ərazisinə buraxılan “istənilən raketi” vurmağa hazırdır. Diplomat bunu öz fikri kimi yox, Rusiya rəhbərliyinin rəsmi mövqeyi kimi çatdırdığını deyib. 

“Əgər Amerika zərbə endirsə raketlər vurulacaq, habelə raketlərin buraxıldığı nöqtələrə zərbələr endiriləcək”-səfir deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı