Modern.az

Seçici fəallığının ən aktiv və ən passiv DAİRƏLƏRİ  

Seçici fəallığının ən aktiv və ən passiv DAİRƏLƏRİ   

Aktual

11 Aprel 2018, 16:13

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub. Modern.az xəbər verir ki, saat 15:00-a olan məlumata əsasən,  seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər seçki dairəsidir. Bu seçki dairəsidə 51117 seçicidən 35135-i (68.73%) artıq səsvermədə iştirak edib.
Saat 15:00 olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal Üçüncü Seçki dairəsidir. Bu seçki dairəsində 40068 seçicidən 17657-i (44.07%) səsvermədə iştirak edib.
 Qeyd edək ki, saat 15:00 olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 3 227 817 nəfəri (60,74%) səsvermədə iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür