Modern.az

Cəzaçəkmə müəssisələrinin məhkumları səsvermədə - FOTOLAR  

Cəzaçəkmə müəssisələrinin məhkumları səsvermədə - FOTOLAR  

Aktual

11 Aprel 2018, 17:18

Aprelin 11-də KİV nümayəndələrindən ibarət üç qrup Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində keçirilən səsvermə prosesini müşahidə edib.

 

 

Məhkumlar Penitensiar Xidmətin 25 cəzaçəkmə müəssisəsində 15 dairə seçki komissiyası üzrə yaradılan 26 seçki məntəqəsində səs veriblər.

 

Modern.az-ın əməkdaşı Penitensiar Xidmətin  Müalicə müəssisəsi, 7, 10, və 11 saylı cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə hüququ olan məhkumların səsvermə prosesini izləyib.

 

 

Penitensiar Xidmətin Müalicə Müəssisəsində təşkil olunan 24 saylı Nizami seçki dairəsinin 36 saylı seçki məntəqəsinin sədri Məhəmməd Əhmədov deyib ki, səsvermə prosesi başladığı andan qanunvericiliyə uyğun şəkildə davam edir.

“Ümumilikdə indiyə qədər seçicilərin təxminən 45 faizi iştirak edib. Heç bir qayda pozuntusu aşkarlanmayıb. Penitensiar xidmətin  Müalicə Müəssisəsində 439 secici qeydə alınıb. Onlardan təxminən 45 faizi öz səslərini verib”.

 

Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində yerləşən 33 saylı birinci Xətai seçki dairəsinin 40 saylı məntəqəsində seçki prosesinə müşahidəçilik edən “Cəbhəçilər”in Təşəbbüs Qrupunun nümayəndəsi Heydər Mustafayev:

“Cəzaçəkmə müəssisəsində fəallıq var. Seçkilər çox şəffaf keçirilir, heç bir nöqsan aşkarlanmayıb. Seçicilərə heç bir təzyiq olunmur, sərbəst şəkildə səs verirlər”.

 

33 saylı birinci Xətai seçki dairəsinin 7 saylı cəzaçəkmə müəssisəsində təşkil olunmuş 40 saylı məntəqənin sədri Vüsal Həsənov:

“Saat 8.00-dan seçki prosesi başlayıb. Seçicilər yüksək fəallıqla iştrak edirlər. Saat 12-yə qədər 500-dən yuxarı seçici öz namizədini seçib. Ümumiyyəylə, bu cəzacəkmə müəssisəsində 812 məhkum, 62 nəfər əsgər səs verəcək”.


Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində uzun müddət məhkumluq həyatı yaşayan Əli Dadaşov əməkdaşımıza deyib ki, məhkum olsalar da sərbəst şəkildə səsvermə hüququndan istifadə edirlər:

“Hamımız səsvermədə iştirak edəcəyik. Burda demokratik şəkildə səsvermə keçirilir. Bu bizə verilən dəyərdir. Heç kimə təzyiq olunmur, kim hansı namizədə istəyirsə, səs verir”.


Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəndə təşkil olunan 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 35 saylı seçki məntəqəsinin sədri Yaşar Əhmədov deyib ki, seçki məntəqəsində 1100 seçici qeydiyyatdadır:

“Seçki prosesi qaydalara uyğun olaraq davam edir. Heç bir qayda pozuntusu qeydə alınmayıb. Məhbuslar seçki hüququndan istifadə edərək, səsverməyə gəlirlər”.

 

8 saylı Binəqədi seçki dairəsinin 40 saylı seçki məntəqəsinin sədri Ataxan Bədəlov bildirib ki, aktivlik çox yaxşı səviyyədədir.

“Seçici siyahısı üzrə 40 saylı seçki məntəqəsində 1138 seçicimiz mövcuddur. Seçicilərimizin 80 faizə yaxını səsvermə hüququndan istifadə edib. Ümid edirik ki, saat 19:00-a qədər bütün seçicilərimiz səsvermə hüququndan istifadə edəcək”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!