Modern.az

Qırıcı təyyarə səhvən Fransadakı zavoda bomba atıb

Qırıcı təyyarə səhvən Fransadakı zavoda bomba atıb

11 Aprel 2018, 18:50
Fransa Hərbi-Hava Qüvvələrinin “Mirage-2000” qırıcısı təsadüfən zavoda bomba atıb.

Virtualaz.org “France Bleu” nəşrinə istinadən xəbər verir ki, hadisə dünən Luar departamentində baş verib. İki qırıcı təyyarə Nijan-sür-Vernisson yaşayış məntəqəsinin üzərindən uçarkən onlardan biri aviabombanı itirib və mərmi düz aşağıdakı zavoda düşüb.

Yerli sakinlərin bildirditinə görə, bomba düşəndən sonra güclü gurultulu səs eşidilib.

Fransa HHQ təmsilçisi, polkovnik Olivye Selo qeyd edib ki, zavoda düşən bomba təlim məqsədləri üçün nəzərdə tutulub və partlayıcı maddəsi yoxdur. Bombanın bir qədər aralıda poliqona atılması nəzərdə tutulubmuş.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı