Modern.az

MSK: Prezident seçkilərinin səsverməsi başa çatıb 

MSK: Prezident seçkilərinin səsverməsi başa çatıb 

11 Aprel 2018, 19:03

Azərbaycanda prezident seçkilərində səsvermə başa çatıb.

 

Modern.az xəbər verir ki, bu gün səhər saat 8.00-dan başlayan Azərbaycanda prezident seçkilərində səsvermə 19:00-da başa çatıb. Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir.

 

Ümumilikdə Azərbaycanda 5 milyon 314min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir