Modern.az

İstanbulda dünyanın ən böyük məscidi  açılacaq - Bu tarixdə

İstanbulda dünyanın ən böyük məscidi  açılacaq - Bu tarixdə

11 Aprel 2018, 20:52

 

Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük məscidi tikilib.

 

Modern.az   xəbər verir ki, "Çamlıca" ibadət ocağı Ramazan ayında (mayın 15-dən iyunun 14-dək) açılacaq.

 

Məlumata görə, məscidin tikinti işləri artıq başa çatıb və hazırda son tamamlama işləri gedir.

 

Qeyd edək ki, məscidin sahəsi on beş min kvadrat metrdir. "Çamlıca"da eyni vaxtda 50 minə qədər insan ibadət edə biləcək. 

 

Altı minarənin dördünün hündürlüyü 107,1 metr, ikisi isə 90 metrdir. Məscidin yaxınlığında qalereya, kitabxana və konfrans salonunun da yerləşəcəyi mədəniyyət mərkəzinin açılması da planlaşdırılır. (Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu