Modern.az

Bosniya və Hersoqovinadan olan deputatdan azərbaycanlı iş adamlarına ÇAĞIRIŞ

Bosniya və Hersoqovinadan olan deputatdan azərbaycanlı iş adamlarına ÇAĞIRIŞ

Aktual

12 Aprel 2018, 12:39

“Azərbaycanla Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlər sahəsində heç bir problemlərimiz yoxdur”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi qismində iştirak edən Bosniya-Herseqovinanın Parlament Assamblemiyasının üzvü, Bosniya-Herseqovina Azərbaycan parlamentlər arası dostluq qrupunun sədri Predra Kojul deyib.

 

O bildirib ki, iqtisadi əməkdaşlıq sahəsində gərək daha çox addımlar atılsın. Və bunun üçün hər iki ölkənin daha çox potensialı var.

 

“Bu potensialdan səmərəli istifadə etməliyik”.

 

Keçirilən prezident seçkilərindən danışan deputat deyib ki, seçki prosesi ilə qabaqcadan tanış olmayıblar.

“Seçki prosesi mükəmməl və çox şəffaf şəkildə keçirilib. Təşkil prosesi yüksək səviyyədə olub. Azərbayan öz layiqli prezidetini seçdi. Bundan sonra da Azərbaycanın sürətli inkişafının şahidi olacağımıza inanırıq”.

 

Azərbaycanla Bosniya və Herseqovina arasında birbaşa təyyarə reyslərin açılmasından danışan deputat deyib ki, bu sahədə heç bir aktivlik göstərilməyib.

“Təyyarə reysləri İstanbul üzərindən həyata keçirilir. Bu üsul rahat olsa da düşünürük ki, birbaşa təyyarə reysləri ilə əlaqələrimiz daha da ikişaf edər”.

 

Predra Kojul, Bosniyaya-Herseqovinaya gələn Azərbaycan vətəndaşları üçün viza tələb olunmamasını vurğulayıb. O, Azərbaycan vətəndaşlarını həm turist kimi, həm iş adamları kimi ölkəsinə dəvət edib:

 

“Bosniya və Herseqovina Azərbaycan vətəndaşlarına çox təkliflər edə bilər. Bizim qapılarımız Azərbaycan vətəndaşları üçün hər zaman açıqdır. Turizmlə yanaşı azərbaycanlı iş adamlarının da Bosniya və Herseqovinaya investisiya qoymaları üçün bütün şəraitlər yaradılıb. İqtisadi mühit Azərbaycan vətəndaşları üçün açıqdır. Mənim bildiyim məlumatlara görə yol infrastrukturu sahəsində Azərbaycan şirkətləri ilə danışıqlar aparılır. Bilirik ki, Azərbaycan bir çox ölkələrə yatırım qoyur, Bosniya və Herseqovinaya da Azərbaycan iş adamlarının investisiya qoymasında maraqlıyıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!