Modern.az

“14 seçki məntəqəsini gəzdik və...” – serbiyalı deputatdan AÇIQLAMA

“14 seçki məntəqəsini gəzdik və...” – serbiyalı deputatdan AÇIQLAMA

12 Aprel 2018, 13:02

“Azərbaycanda prezident seçkiləri çox yaxşı şəkildə keçdi. Biz 14 seçki məntəqəsini gəzdik. Heç bir qayda pozuntusu qeydə alınmadı”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Serbiya Respublikası Parlamentinin deputatı, Təhsil, Texnologiyalar İnkişafı Komitəsinin sədr müavini Lyubiş Stoymiroviç deyib:

 

“Təkcə biz deyil, digər müşahidəçilər də qayda pozuntusunun şahidi olmayıb. Azərbaycan cavan ölkədir, bu qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm”.

 

Azərbaycanda ilk dəfə səfərdə olduğunu deyən deputat, Bakıya heyran olduğunu bildirib.

 

“Azərbaycanda inkişaf sürətli şəkildə gedir. Qeyd etməliyəm ki, burada olduğum üçün çox şadam”.

 

Deputat bildirib ki, Azərbaycan və Serbiyanın münasibətləri dostluq münasibətləridir. “ Münasibətlərimiz yüksək səviyyədə inkişaf edir.

 

Həmçinin mən Azərbaycan- Serbiya Parlamentlərarası Dostluq Qrupunun üzvüyəm. Azərbaycanın Serbiyadakı səfiri cənab Eldar Həsənovla gözəl münasibətlərimiz var. Ümid edirəm ki, dostluq münasibətləri bundan sonra da inkişaf edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir