Modern.az

Ərdoğan Suriyaya görə Putinə zəng edəcək

Ərdoğan Suriyaya görə Putinə zəng edəcək

12 Aprel 2018, 14:43

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın lideri Vladimir Putin ilə görüşəcəyini açıqlayıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Suriyada baş verən kimyəvi silahlarla qətliamların qarşısını almaq üçün yollar müzakirə olunacaq.

 

Ərdoğan çıxışı zamanı bildirib ki, hərbi qüvvələrinə arxalanan bəzi ölkələrin dərhal Suriyanı hədəfə almasından narahatdır: “Suriyadakı hadisələr bütün dünya üçün təhlükədir. Dünən ABŞ prezidenti Donald Tramp ilə bu mövzu ətrafında söhbət etmişəm.Suriyadakı rejim bizim üçün mənfi təəssürat doğurur. Bu gün Putinlə də danışacam. Suriya hər kəs üçün təhlükəsiz bir bölgə olana qədər bu istiqamətdə fəaliyyətimizi  dayandırmayacayıq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir