Modern.az

Pentaqon “Qremlinlərini” nümayiş etdirdi

Pentaqon “Qremlinlərini” nümayiş etdirdi

12 Aprel 2018, 20:08

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri idarəsi “Gremlins” proqramı çərçivəsində “C-130 Hercules” hərbi təyyarəsinin göyərtəsindən pilotsuz uçan aparatın (PUA) buraxılışını həyata keçirib.

Buraxılışın görüntüsü “Giphy” portalında yayılıb.

“Gremlins” proqramında çoxistifadəlik kiçik PUA dəstəsinin buraxılışı və idarəolunması sisteminin yaradılması nəzərdə tutulur.

Layihəyə əsasən,daşıyıcı olaraq “C-130 Hercules” təyyarəsindən istifadə olunur. Elektron müharibə şəraitində müxtəlif kəşfiyyat əməliyyatlarını və ya aviareydləri başa çatdırdıqdan sonra kiçik “qremlin sürüsünü” başqa təyyarə toplayır.

Pentaqon bu futurustik PUA-lardan 2030-cu illərdə baş verə biləcək münaqişələrdə istifadə etməyi planlaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir