Arxiv
13 Aprel 2018, 11:15 | İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ: “Mətbəximiz risklidir”

Beynəlxalq araşdırmalar nəticəsində məlum olub ki, ev şəraiti istər şəxsi gigiyena, istərsə də ətraf mühitin gigiyenasından asılı olaraq, qida mənşəli zəhərlənmələrin meydana gəldiyi ən riskli yerlərdən biridir. Qida təhlükəsizliyi və ya patogen (xəstəlik törədən) mikroorqanizmlərin meydana gətirdiyi qida mənşəli xəstəliklərin yayılması ilə bağlı məqalələr, statistik informasiyalar qidanın sadəcə bizi qidalandırmaqdan başqa, eyni zamanda, təhlükəli emal nəticəsində sağlamlığımıza qarşı təhdid ola biləcəyini də xatırladır.

 

Amerika Birləşmiş Ştatlarında 1998-2008-ci illər arası qida mənşəli xəstəliklərlə bağlı araşdırma nəticəsində məlum olub ki, 9-15% qidadan zəhərlənmə hadisəsi ev şəraitində baş verir. Respublikamızda isə qida zəhərlənməsi hallarından zərərçəkənlərin sayı verilən rəsmi statistikaya görə, ötən ilin ilk 9 ayında 477 nəfər, 2016-cı ilin ilk 9 ayı üçün 773 nəfər, 2015-ci ilin ilk 9 ayı üçün isə 746 nəfər olub.

 

Zəhərlənmələrə səbəb isə ev şəraitində konservləşdirilmiş məhsullar, məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

 

Qida Təhlükəsizliyi Agnetliyinin (QTA) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bəzi hallarda qida zəhərlənməsi faktları mübahisəli olur, dəqiqləşdirmək mümkün olmur və buna görə qida zəhərlənməsi kimi qeydiyyata alınmır.

 

“Qeyd olunanlara əsasən deyə bilərik ki, həqiqətən də, mətbəximiz qida təhlükəsizliyi baxımından önəmli risk daşıyır. Bunun isə bir neçə izahı var. Birincisi, gündəlik qəbul etdiyimiz qidanın əhəmiyyətli dərəcədə böyük hissəsi ev şəraitində hazırlanır. İkincisi, istehlakçılar ev şəraitində qida hazırlayarkən qida təhlükəsizliyi tələblərini yada salmırlar, yaxud da bu barədə hər hansı bir məlumata sahib deyillər. Üçüncüsü, istehlakçılar özlərinin və ailə üzvlərinin qida mənşəli xəstəliyə səbəb olma ehtimalını gözardı edirlər ki, bu, yolverilməzdir”-deyə qurum xəbərdarlıq edib.

 

Bildirilib ki, istehlakçılar qida hazırlayarkən qida təhlükəsizliyi ilə bağlı aşağıdakı 4 əsas qida təhlükəsizliyi tələbini nəzərə almalıdır:

 

1.Təmizləmə - Bu tələbin əsas məqsədi mikroorqanizmlərin qidadan, ya da çirklənmiş səthdən hazır yeməyə keçməsinin qarşısını almaqdır. Mətbəxdə ən çox çarpaz çirklənmə vasitələri olan soyuducu dəstəyi, çaydan tutacaqları, kran qolları, çanaq, mətbəx bezləri və süngərlər yemək hazırlığı zamanı dəfələrlə təmas halındadırlar. Bu yerdə əllər mətbəxdə patogenlərin yayılması üçün birinci vasitədir. Əllərin tez-tez yuyulması çarpaz çirklənmənin qarşısını almaq üçün vacibdir. Çiy ət məhsulları ilə təmasda olan mətbəx avadanlıqları təmizləndikdən sonra hazır qidalar, meyvə-tərəvəzlər və digər yeyilməyə hazır qidalar üçün

istifadə olunmalıdır. Xüsusilə doğrama lövhələri önəmli çarpaz çirklənmə vasitələridir. Faktdır ki, Böyük Britaniyada qida mənşəli xəstəliklərin 14%-i yetərsiz təmizlənmiş kəsmə lövhələri və bıçaqlarına bağlıdır. Ümumilikdə götürdükdə mətbəximizdə ən çox çarpaz çirklənmə vasitələrində rast gəlinən patogen mikroorqanizmlər aşağıdakı cədvəldə göstərilmişdir.

 

Yer

Campylobacter

Salmonella

E. coli

S. aureus

Mətbəx bezləri və süngərlər

Kran qolları, çanaq

 

Soyuducu dəstəyi

 

Zibil vedrəsi

 

Doğrama lövhələri

 

Mətbəx stolu

 

Döşəmə

 

 

 

 

2. Çeşidləmə - Bu tələb də Təmizləmə tələbi kimi çarpaz çirklənmənin qarşısının alınması üçün həyati əhəmiyyət daşıyır və qida zəhərlənmələrinin ən çox yayılmış mənbələrindəndir. Çarpaz çirklənmə, əsasən, bakteriyaların bir məhsuldan, səthdən, avadanlıqdan qidaya keçməsi nəticəsində, xüsusilə çiy qida məhsulları və hazır məhsullar arasında baş verir. Bu məqsədlə çiy ət, quş əti, dəniz məhsulları, salatlar, bişmiş ət və s. hazır yeməklərdən uzaq tutulmalıdır. Soyuducuda saxlama zamanı çiy məhsullar hazır qida məhsullarından ayrı və aşağıda saxlanılmalıdır.

 

3. Soyutma - Bu tələbə əsasən, istehlakçılar qida məhsullarının saxlanılması və hazırlanması zamanı təhlükəli temperatur aralığına diqqət yetirməlidirlər. Təhlükəli temperatur aralığı 50C-600C-dir və bu temperatur bakteriyaların inkişafı üçün münbit şərait yaradır. Xüsusilə tez xarab olan məhsullar təhlükəli tempratur aralığında saxlanılmamalıdır. Soyuducunun temperaturu 50C-nin altında saxlanılmalıdır və buna ev şəraitində nəzarət edilməlidir. Bu temperatur şəraitində patogen mikroorqanizmlərin inkişafı zəifləyir. Ancaq mətbəx avadanlığına münasibətdə Çeşidləmə və Təmizləmə meyarlarının da nəzərə alınması vacibdir.

İrlandiyada aparılan araşdırmada müəyyən edilmişdir ki, evlərdə soyuducuların yarısından çoxunda bu patogenlərdən ən az biri mövcuddur: S. aureus, Salmonella enterica, E. coli, Listeria monocytogenes və Yersinia enterocolitica. Tez xarab olan məshulların donunu açarkən, məsələn, dondurulmuş ət, balıq, toyuq məhsulları, bu prosesin otaq temperaturunda aparılması məsləhət görülmür. Belə ki, bu zaman qida təhlükəli temperatur aralığında olur (50C-600C) və bu da qida zəhərlənməsinə səbəb olan bakteriyaların inkişafı üçün münbit şərait yaradır. Bu tip məhsulların donunun soyuducu şəraitində açılması tövsiyə olunur.

 

4. Bişirmə - Bişirmə aydınlaşdırılmağa ehtiyac duyulan tələblərdəndir. Belə ki, Amerika Birləşmiş Ştatlarında aparılan araşdırmaya əsasən müəyyən olunmuşdur ki, istehlakçıların 63%-i ət və quş əti kimi yüksək riskli məhsullar üçün zərərli patogenləri məhv edəcək yetərli temperatur dərəcəsini təmin edə bilmirlər. Ən böyük qida zəhərlənməsi riski az bişirilmiş qidalardan qaynaqlanır. Əksər istehlakçılar rəngin əsas bişmə göstəricisi olmadığını bilmirlər və bişməni, əsasən, yeməyin rənginə görə qiymətləndirirlər.

 

Bu isə öz növbəsində risklidir, misal üçün, tədqiqat nəticələrinə əsasən, istehlakçıların rənginə və xarici görünüşünə görə bişmiş olaraq dəyərləndirilən toyuq əti parçalarının 70%-i tövsiyə edilən bişirilmə temperaturuna çatdırılmadığı və nəticədə tərkibindəki mikrobların hələ də canlı olduğu müəyyənləşdirilmişdir.

 

“Yekun olaraq, qida mənşəli zəhərlənmələrdə ev şəraitində hazırlanmış qida məhsullarının payının azaldılması üçün istehlakçıların məişət şəraitində riayət etməli olduğu qida təhlükəsizliyi tələblərini bilməsi və tətbiq etməsi gərəkdir. Bütün bu qeyd olunanları nəzərə almadan tarladan süfrəyə qida təhlükəsizliyinin təmini mümkün deyil”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ əsgəri ölümündən 75 il sonra dəfn edildi 20 Aprel 2019, 00:47 Bəzi geyimlər sağalmaz xəstəliklər yaradır - VİDEO 20 Aprel 2019, 00:29 Ukraynada sükut günüdür 20 Aprel 2019, 00:14 Yunanıstan Almaniyadan təzminat tələb edir 19 Aprel 2019, 23:56 Azərbaycan nefti 75 dollaradək  bahalaşdı 19 Aprel 2019, 23:34 Xətaidə anbarda başlayan yanğın söndürüldü 19 Aprel 2019, 23:19 Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı 19 Aprel 2019, 23:03 İran 290 cəsus aşkarlayıb 19 Aprel 2019, 22:46 Yasamalda mənzil siqaretdən yandı 19 Aprel 2019, 22:24 “Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı 19 Aprel 2019, 22:11 Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı 19 Aprel 2019, 21:49 “Bu pullar Allah naminə yığılırsa da, kimlərinsə cibinə gedir” - Sabir Rüstəmxanlı 19 Aprel 2019, 21:33 Prezidentliyə namizədlərin debatı başlayıb - CANLI YAYIN 19 Aprel 2019, 21:17 “Neftçi” liderlə xal fərqini qorudu 19 Aprel 2019, 21:06 Prezident Administrasiyasının rəhbəri istefa verdi 19 Aprel 2019, 20:51 “Traktor”un oyununda qarşıdurma: xeyli yaralı var - VİDEO 19 Aprel 2019, 20:36 Bakıda İran Ticarət Mərkəzi  açıldı 19 Aprel 2019, 20:18 İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı 19 Aprel 2019, 20:06 Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40 Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO   19 Aprel 2019, 19:32 Tənqidlər konstruktiv olarsa biz məsələni daha tez həll edə bilərik - NAZİR 19 Aprel 2019, 19:23 Polis 3 il əvvəl törədilən qətlin üstü açdı 19 Aprel 2019, 19:14 Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır   19 Aprel 2019, 19:05 Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var   19 Aprel 2019, 18:58 Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri AÇIQLANDI   19 Aprel 2019, 18:49 Ramil Usubov 372 nəfəri işə götürdü   19 Aprel 2019, 18:40 İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək 19 Aprel 2019, 18:31 Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23