Modern.az

Futbol meydançasında partlayış: 5 ölü

Futbol meydançasında partlayış: 5 ölü

13 Aprel 2018, 11:43

Somalidə Baravi şəhərində baş verən partlayışda 5 nəfər həyatını itirib. Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Agentlik məlumatı yerli hakimiyyət və hüquq-mühafizə idarəsinə istinadən yayıb.

Partlayış futbol meydançasında baş verib. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

 

“Bütün zərərçəkənlər azarkeşlər olub” – deyə “Cənub-Qərbi Somali” partiyasında deputat Mahaddour agentliyə bildirib.

Yerli polis hadisənin “Əş-Şəbab” qruplaşması tərəfindən törədildiyindən şübhələnir. Qruplaşma Somali hakimiyyətinə qarşı teror aktları və “Əl-Qaidə” ilə əlaqələri ilə məşhurdur. Eyni zamanda qruplaşma BMT tərəfindən göndərilmiş humanirtar yardımlara da maneəçilik törədir.

 

Qeyd edək ki, “Əş- Şəbab” qruplaşmasının  fevralın axırında Somalinin paytaxtı Moqadişoda həyata keçirdiyi iki terror aktı nəticəsində 45 nəfər həyatını itirib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı