16 dekabr 2018, Bazar
Ana Səhifə - CƏMİYYƏT - Müəmmalı şəkildə ölən azərbaycanlı milyonçunun ailəsi hardadır? - “Dünənə kimi Sumqayıtda idilər”
Müəmmalı şəkildə ölən azərbaycanlı milyonçunun ailəsi hardadır? - “Dünənə kimi Sumqayıtda idilər” +
13.04.2018, 11:52

Hər kəs onu milyonçu kimi tanısa da, xeyirxah insan kimi daha çox xatırlanır. Söhbət postsovet məkanında ilk azərbaycanlı milyonçu Yelmar Məmmədovdan gedir.

 

Yelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olub. Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsabiqədən keçə bilmir. Bundan sonra doğulduğu rayona qayıtmaqdan vaz keçən Yelmar Məmmədov 1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.

 

1976-cı ildə onu hərbi xidmətə aparıblar. Hərbi xidmətini Rusiyanın Çita şəhərində başa vurub.

 

Hərbi xidmətdən sonra, 1978-ci ildə tale təsadüfən onu Özbəkistanın paytaxtına - Daşkəndə gətirir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur. Sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində təhsil alır.

 

Ehtiyac üzündən Daşkəndi tərk etməyə məcbur olan Yelmar Məmmədov Rusiya Federasiyasının Komi Muxtar Respublikasındakı Uxta şəhərinə gedib çıxır. Uxta şəhərində Neft Kəşfiyyatı İdarəsində işə girən Yelmarın bəxti nəhayət üzünə gülür. O, əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur.

Biznes sahəsində uğur əldə edən Məmmədov az sonra Komi Muxtar Respublikasında xalq deputatı da seçilir.

O, 1990-cı ildə "Mariya" Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyəti bir qədər də genişlənir. Bir neçə şəhərdə "Mariya" Assosiasiyasının filiallarını yaradır. Eyni zamanda bir neçə bank açır. Rusiya televiziyası ilə göstərilən "Mariya Assosiasiyası" adlı sənədli filmdən sonra keçmiş SSRİ-nin hər yerində rəsmi milyonçu azərbaycanlı tanınmağa başlayır. Həm milyonçu, həm də səxavətli adam kimi şöhrətlənən Yelmarın sorağı vətəni Azərbaycana da gəlib çatır.

O, 1992-ci ilin avqust ayında müvəqqəti Azərbaycana qayıdır. Bakıda olduğu dövrdə siyasətə meyl edən Yelmar Məmmədov Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir.

 

Lakin Yelmar Məmmədov arzu və istəklərini gerçəkləşdirə bilmir, ömrü yarıda qırılır. Onun ölümü də müəmmalı olub. 38 yaşında dünyasını dəyişən Yelmar Məmmədovun dörd övladı – iki qızı, iki oğlu qalıb. 

 

Bəs hazırda Yelmar Məmmədovun uşaqları haradadır? Onun mirası kimə qalıb?

 

“Yurddaş” Partiyasının sədri, vaxtilə Yelmar Məmmədovla yaxın olmuş Mais Səfərli Modern.az-a açıqlamasında deyib ki, Yelmarı vətənpərvər insan kimi xatırlayır.

“Yelmar çox vətənpərvər insan idi. O, vaxtilə Rusiyanın müxtəlif şəhərlərində çalışıb. Onun çox da böyük olmayan biznesi vardı. Heç bir dayağı və köməyi olmadan yüksək səviyyəyə gəlib çatmışdı. Həmişə ehtiyacı olan insanlara əl tutardı. Heç bir insanı əliboş qaytarmazdı. O, Azərbaycanda çox böyük işlər görmək arzusunda idi. Hətta, o zamanlar bir bank da açmışdı. Lakin rəhmətə gedəndən sonra bank da bağlandı”.

 

Mais Səfərlinin sözlərinə görə,  Yelmar Məmmədovun övladları arasında Azərbaycanda yaşayanı da var.

 

“Yelmarın 2 oğlu 2 qızı var. Birinci həyat yoldaşından olan bir oğlu və qızı dünənə kimi Sumqayıtda yaşayırdılar. İndi isə harada yaşadığını bilmirəm. 

 

İkinci həyat yoldaşından olan uşaqlar isə Rusiyada yaşayır. İkinci həyat yoldaşı rus idi. Üçüncü həyat yoldaşı da azərbaycanlı idi. 1995-ci ildə dünyasını dəyişəndə  üçüncü həyat yoldaşı Nəzakət Qocayeva yanında olmuşdu. Onlar Yasamal qəbiristanlığında dəfn olunublar”.

 

Milyonçunun mirasının kimə qalmasına gəlincə, Mais Səfərli deyib ki, güman ki, övladlarına qalıb.

 

“Yelmarın o qədər də böyük mirası yox idi. Müəyyən şeylər onun sonuncu övladına qalıb. Çünki 2 uşağı Rusiyadadır və güman ki, uşaqlarına qalıb”.

Mais Səfərli Yelmar Məmmədovun siyasi iddialarına da aydınlıq gətirib.

 

“Yelmar Azərbaycan vətəndaşı deyildi. O, Rusiya vətəndaşı idi. Ona görə də onun Azərbaycanda siyasətə meylli olması doğru deyildi. Əslində Yelmarın siyasətə gəlmək meyli yox idi. Bir çox jurnalistlərlə münasibəti vardı. Hətta, o, Rusiyada yaşadığından Azərbaycanda gedən prosesləri bilmirdi. Bəzən proseslərə çox emosional yanaşırdı. Azərbaycan siyasətini dərindən bilən adam deyildi. Bu da ondan irəli gəlirdi ki, o, siyasətçi deyildi. Siyasi məsələlərlə məşğul olmamışdı. İkincisi isə o, uzun illər Azərbaycandan kənarda yaşamışdı. Azərbaycanı dərindən tanımırdı”.

 

“Milyonçunun ölümü isə müəmmalı olmuşdu. O zamankı hökumət adamları onun ölümü ilə bağlı istintaq işləri aparmağa çalışmışdılar. Çünki onunla dost olanlar da vardı. O vaxt rəsmi məlumatlarda bildirilirdi ki, onlar Daşkənddə olan zaman yatdıqları otağa qaz sızması olub və tanınmış iş adamı xanımı ilə birgə qazdan boğularaq dünyasını dəyişiblər. Onun Rusiyada kimlərlə çalışdığını bilmirdim. Hər halda, o zamanlar Rusiyada biznes qurmaq asan deyildi”-deyə Mais Səfərli bildirib.

 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyədə şəkər komasına düşmüş azərbaycanlının öldürüldüyü məlum olub
16.12.2018, 15:00

Türkiyədə şəkər komasına düşmüş azərbaycanlının öldürüldüyü məlum olub

İsveçrədə avtobus qəzası: 1 ölü, 40 yaralı
16.12.2018, 14:07

İsveçrədə avtobus qəzası: 1 ölü, 40 yaralı

Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub
16.12.2018, 13:16

Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub

Sabahın HAVASI: Qar yağacaq
16.12.2018, 12:58

Sabahın HAVASI: Qar yağacaq

Gürcüstanın yeni prezidenti bu gün and içəcək
16.12.2018, 12:35

Gürcüstanın yeni prezidenti bu gün and içəcək

Ramil Usubov rəisi sərəncama göndərdi
16.12.2018, 12:13

Ramil Usubov rəisi sərəncama göndərdi

Azərbaycanlı kişilər evlənəndə ən çox rus və ukraynalı qızlara üstünlük verirlər
16.12.2018, 12:03

Azərbaycanlı kişilər evlənəndə ən çox rus və ukraynalı qızlara üstünlük verirlər

Qəhrəmanı dəlidən?...   
16.12.2018, 11:56

Qəhrəmanı dəlidən?...  

Oğul anasını küçənin ortasında bıçaqlayıb -  BƏRDƏDƏ - FOTOLAR
16.12.2018, 11:55

Oğul anasını küçənin ortasında bıçaqlayıb -  BƏRDƏDƏ - FOTOLAR

Sehirli barmaqların ABŞ möcüzəsi   
16.12.2018, 11:41

Sehirli barmaqların ABŞ möcüzəsi  

Çində 5,7 bal gücündə zəlzələ
16.12.2018, 11:30

Çində 5,7 bal gücündə zəlzələ

İndoneziyada vulkan püskürdü
16.12.2018, 11:05

İndoneziyada vulkan püskürdü

Avropa İttifaqından Türkiyəyə ÇAĞIRIŞ
16.12.2018, 10:39

Avropa İttifaqından Türkiyəyə ÇAĞIRIŞ

Ermənilər cəbhədə təxribatlara davam edir
16.12.2018, 10:26

Ermənilər cəbhədə təxribatlara davam edir

Bakıda tikinti bumu mənzillərin qiymətini UCUZLAŞDIRACAQ
16.12.2018, 10:12

Bakıda tikinti bumu mənzillərin qiymətini UCUZLAŞDIRACAQ

Cəlilabadda evdə yanğın
16.12.2018, 10:10

Cəlilabadda evdə yanğın

Bizimkilər - “Discovery Azerbaijan”ın xanım redaktoru: “Ən böyük arzum ANS-çi olmaq idi” - FOTOLAR
16.12.2018, 09:56

Bizimkilər - “Discovery Azerbaijan”ın xanım redaktoru: “Ən böyük arzum ANS-çi olmaq idi” - FOTOLAR

Salyanda qəzada 1 nəfər öldü
16.12.2018, 09:25

Salyanda qəzada 1 nəfər öldü

Şabranda 4 otaqlı evdə yanğın oldu
16.12.2018, 09:09

Şabranda 4 otaqlı evdə yanğın oldu

Çaylarda suyun səviyyəsi ARTDI
16.12.2018, 09:01

Çaylarda suyun səviyyəsi ARTDI

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...
16.12.2018, 00:51

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...

Yaponiyadan rekord büdcə: 891 milyard dollar
16.12.2018, 00:38

Yaponiyadan rekord büdcə: 891 milyard dollar

Sabiq nazir Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını şərh etdi - VİDEO
16.12.2018, 00:18

Sabiq nazir Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını şərh etdi - VİDEO

Fəhlə qum dolu maşının altında qaldı
15.12.2018, 23:53

Fəhlə qum dolu maşının altında qaldı

Daxili işlər naziri istefa verdi
15.12.2018, 23:44

Daxili işlər naziri istefa verdi

Türkiyə daha 13 terrorçunu məhv etdi
15.12.2018, 23:21

Türkiyə daha 13 terrorçunu məhv etdi

“Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...” - Lukaşenko
15.12.2018, 23:09

“Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...” - Lukaşenko

Daha bir məşhur üçün "Maşın" əldən getdi
15.12.2018, 22:46

Daha bir məşhur üçün "Maşın" əldən getdi

“Türkiyə bu məsələnin üstündən keçməyəcək” - Mövlud Çavuşoğlu
15.12.2018, 22:34

“Türkiyə bu məsələnin üstündən keçməyəcək” - Mövlud Çavuşoğlu

“Neftçi” “Sumqayıt”a uduzdu
15.12.2018, 22:14

“Neftçi” “Sumqayıt”a uduzdu

“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15.12.2018, 21:56

“Beşiktaş” Pepe ilə yollarını ayırdı

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ
15.12.2018, 21:48

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı
15.12.2018, 21:37

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı

Qarabağda iki erməni əsgəri ağır yaralandı
15.12.2018, 21:27

Qarabağda iki erməni əsgəri ağır yaralandı

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır
15.12.2018, 21:13

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı
15.12.2018, 20:57

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15.12.2018, 20:39

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR

Ukraynada təyyarə qəzası
15.12.2018, 20:26

Ukraynada təyyarə qəzası

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı
15.12.2018, 20:15

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili
15.12.2018, 20:02

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib
15.12.2018, 18:56

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu   
15.12.2018, 18:39

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu  

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb
15.12.2018, 18:00

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb

11 yaşlı Tramp soyadından imtina etmək istəyir
15.12.2018, 17:56

11 yaşlı Tramp soyadından imtina etmək istəyir

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər
15.12.2018, 17:49

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15.12.2018, 17:34

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib
15.12.2018, 17:17

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15.12.2018, 17:05

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR
15.12.2018, 16:50

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb
15.12.2018, 16:41

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

ARXİV