Modern.az

CNN-də Qarabağa qanunsuz səfərlə bağlı veriliş göstəriləcək

CNN-də Qarabağa qanunsuz səfərlə bağlı veriliş göstəriləcək

13 Aprel 2018, 12:29

Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etdiyi üçün rəsmi Bakının “qara siyahı”sına düşən amerikalı jurnalist Entoni Burden CNN-də Qarabağla bağlı veriliş təqdim edəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Entoni Burden: Naməlum məkanlar” adlanan verilişin Qarabağa həsr olunmuş buraxılışı mayın 20-də ekranlara çıxacaq.

 

Burden erməni əsilli amerikalı rokçu Serj Tankyan və tarixçi Riçard Kirakosyanla Şuşanı, o cümlədən Cıdır düzünü ziyarət etmişdi. Qonaqlar Cıdır düzündə göy qutabı, kabab, tut arağı və gavalı arağı içib. Səfərin hələ 2017-ci ilin oktybarında baş tutduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir