Modern.az

Azərbaycanlılar pullarını bunlara xərcləyirlər - ADLAR

Azərbaycanlılar pullarını bunlara xərcləyirlər - ADLAR

Aktual

13 Aprel 2018, 15:10

2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 8,5 milyard manata bərabər olub.

 

Bu barədə Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Ticarət dövriyyəsinin 4,3 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,0 faiz və 3,3 faiz üstələyib.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub.

 

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

8 491,7

102,6

o cümlədən:

ərzaq məhsulları

3 880,5

102,2

içkilər və tütün məmulatları

423,6

100,5

toxuculuq məhsulları, geyim və ayaqqabılar

1 499,6

103,5

elektrik malları və mebellər

506,5

103,0

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

63,2

101,9

əczaçılıq və tibbi mallar

106,7

102,4

avtomobil yanacağı

483,9

101,3

digər qeyri-ərzaq məhsulları

1 527,7

103,8

 

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,2 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

 

2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 13,0 faizi ticarət müəssisələri, 52,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3 faiz, fərdi sahibkarlar üzrə 0,9 faiz artıb, bazar və yarmarkalarda dəyişməz qalıb.

 

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  289,2 manat və ya 2017-ci ilin yanvar-mart aylarının göstəricisindən nominal ifadədə 16,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları  alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı