Modern.az

“Yunayted Kredit Bank”ın əmanətçilərinə verilən vaxt bitir

“Yunayted Kredit Bank”ın əmanətçilərinə verilən vaxt bitir

13 Aprel 2018, 15:16

Ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinin qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu 16 apreldə bitir.

 

Əmanətlərin Sığortalanması Fondundan Modern.az-a verilən məlumata görə, ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi barədə ilk elan Əmanətlərin Sığortalanması Fondunun internet saytında 17 aprel 2017-ci ildə dərc edilib.

 

“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, qorunan əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilir.

 

Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər.

 

Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?