Modern.az

Ərdoğan Putinə videoçarx göndərib

Ərdoğan Putinə videoçarx göndərib

Dünya

13 Aprel 2018, 17:37

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putin və Donald Tramp ilə Suriyadakı hadisələrlə bağlı müzakirələr aparıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan keçirdiyi görüşlər barəsində jurnaistlərin suallarını cavablandırıb: “Putin və Tramp ilə keçirdiyimiz görüşlər zamanı Suriyadakı hadisələr barəsində müzakirə etdik. Putinin xüsusi nümüayəndəsinə Şərqi Qutada baş verənlərlə bağlı videoçarxı təqdim etdim”.

 

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyadakı hadisələrlə bağlı Türkiyənin mövqeyi qətiyyətlidir: "Kimyəvi silahların istifadəsi ilə bağlı mövqeyimiz sərtdir. Ancaq digər silahlarlı da unutmaq olmaz. Onlar da insanları amansızcasına öldürə bilir”.

Həmçinin Ərdoğan bütün koalisiya ölkələrinin bu məsələdə diqqətli olmasını istədiyini bildirib. O bildirib ki, məsələni sülh yolu ilə həll etmək lazımdır. "Türkiyənin mübarizəsi terrorçularladır"-deyə o deyib.

 

 

.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı