Modern.az

Rus şirkəti 1000-ə yaxın ermənini işdən çıxardı

Rus şirkəti 1000-ə yaxın ermənini işdən çıxardı

14 Aprel 2018, 00:32

 

Rusiyanın “Yandex” taksi xidməti Ermənistan vətəndaşı olan sürücülərlə işləməkdən imtina edir”.

Bu barədə Ermənistanda çıxan “Jamanak” qəzeti məlumat yayıb.

“Yandex” bildirib ki, onların sürücülük vəsiqəsi 4 dövlətdən birinə - Rusiya, Belarus, Qırğız Respublikası və Qazaxıstana məxsus olmalıdır. Nəticədə minə yaxın erməni əsilli sürücü taksi sürücülüyündən məhrum olaraq işsiz qalıb”, - qəzet yazıb.

Mütəxəssislər qeyd ediblər ki, Ermənistanın verdiyi sürücülük vəsiqəsi peşəkar fəaliyyət göstərmək üçün Rusiya tərəfindən tanınmır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir