Modern.az

Suriyaya 100-ə yaxın raket zərbəsi endirib - VİDEO

Suriyaya 100-ə yaxın raket zərbəsi endirib - VİDEO

Dünya

14 Aprel 2018, 10:04

ABŞ, Britaniya və Fransa Suriyaya 100-ə yaxın qanadlı və hava-yer tipli raketlər buraxıb.

 

Modern.az xəbər veri ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən mətbuata bildirilib. Nazirlikdən bu zərbələrin Suriyanın hərbi və mülki obyektlərinə hədəfləndiyi də qeyd olunur.

Raket zərbələrinin ABŞ-ın dəniz və hava qüvvələri, Fransa və Britaniynın isə əsasən hava qüvvələri tərəfindən endirildiyi bildirilir.

 

Raketlərin böyük əksəriyyəti Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən havada hədəflərə çatmamış vurulub. Raket hücumunun dəf edilməsi üçün 30 il əvvəl hələ SSRİ-dən alınmış “C-125”, “C-200”, “Buk”, “Kvadrat” komplekslərindən istifadə olunub.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!