20 mart 2019, Çərşənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycanı zülmətdən işığa aparan maarifçi qadınlar - TARİX
Azərbaycanı zülmətdən işığa aparan maarifçi qadınlar - TARİX +
14.04.2018, 11:00

Avropada, sonra Rusiyada XIX əsrdən başlanan maarifçilik ideyaları XX əsrin əvvəllərində Azərbaycanda da yayılmağa başladı.

 

Avropanın və Rusiyanın bir sıra ali məktəblərində təhsil alan yerli zadəgan, kübar ailələrin övladları bu ideyaları vətənə gətirmiş, əsrlərdən gələn milli mədəniyyətimizə, mənəvi-əxlaqi dəyərlərimizə söykənərək xalqımızda milli dövlətçilik duyğularının oyanması işinə təkan vermişlər. M.F.Axundzadədən, H.B.Zərdabidən, N.Nərimanovdan və digər mütəfəkkir ziyalılardan başlanan maarifçilik ruhu milli dirçəlişimizə zəmin yaratmışdır.


XX əsrin əvvəllərində inqilabların, müharibələrin tüğyan etdiyi, milli azadlıq hərəkatının genişləndiyi bir dövrdə xalqımız öz taleyi haqqında düşünməyə başlamış, əsarətdən xilas olmaq, müstəqil, azad yaşamaq, tərəqqi etmək, yeni cəmiyyət yaratmaq uğrunda mübarizəyə başlamışdı. Bu oyanış, dirçəliş müsəlman aləmində ilk dəfə olaraq Odlar yurdunda Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.
Milli dövlətçiliyimizin şərəfli tarixini parlaqlığı ilə əks etdirən Azərbaycan Cümhuriyyəti xalqımızın əsrlər boyu ürəyində bəslədiyi azadlıq arzularından yaranmışdı. Bu müqəddəs istəyi həyata keçirmək üçün nə qədər qurbanlar verilmişdir...


1917-ci ildə dünyanı lərzəyə salan inqilabi hadisələr Romanovlar istibdadına son qoyanda xalqlar azadlıq günəşinin doğduğunu zənn edib ayağa qalxdılar, öz müqəddəratlarını təyin etməyə başladılar. Azərbaycan xalqı da bu inqilab məşəlinin işığında Şərqdə ilk dəfə parlamentli milli demokratik dövlətini yaratdı. Bu sülhsevər dövlətə Azərbaycanın mükəmməl təhsil almış, vətənpərvər ziyalıları başçılıq edirdilər.


Hələ Oktyabr inqilabından əvvəl onların yaratdıqları məktəblər, xeyriyyə cəmiyyətləri, nəşr etdikləri qəzet və jurnallar xalqın azadlıq uğrundakı mübarizəsinə işıq saçırdı. Təsadüfi deyil ki, 1917-ci ilin fevralında çarizmin devrilməsi xəbəri Bakıya çatan kimi Azərbaycanın tərəqqipərvər ziyalıları “Nəşri-maarif” cəmiyyəti adından 16 maddədən ibarət tərtib etdikləri məktəb haqqında məramnaməni Bakıda keçirilən Qafqaz Müsəlmanlarının I Qurultayına təqdim etdilər. Məramnamədə deyilirdi ki, bütün ibtidai məktəblərdə təhsil ana dilində aparılmalıdır. Təlim ümumi, məcburi və məccani olmalı, uşaqlar təhsilə 7 yaşından başlamalıdırlar. Hər yerdə pedaqoji təhsil verən darülmüəllimlər, qızlardan müəllim hazırlamaq üçün darülmüəllimatlar açılmalı, məktəblərin xərci dövlət xəzinəsindən olmalıdır.
Yüksək səviyyədə keçən bu qurultayda ilk dəfə qadınlar da iştirak edirdilər.

Tiflis müəllimlərinin nümayəndəsi Sara xanım Talışinskayanın, publisist Şəfiqə xanım Əfəndizadənin və Bakı Qadınlar Xeyriyyə Cəmiyyətinin üzvü Sara xanım Vəzirovanın qurultayda iştirakları, alovlu çıxışları böyük narazılıqla qarşılandı. Cəhalətpərəstlər qadının məclisdə iştirakına, xüsusilə çıxışına etiraz edirdilər... Azərbaycanın görkəmli ziyalıları belə çətin şəraitdə cahilliyə, mövhumata qarşı mübarizə aparırdılar. Azadlıq amalını, xalqın gözünü açan maarif və mədəniyyəti təbliğ edirdilər.


Bu dövrdə Cənubi Qafqazda vəziyyət çox gərgin və təhlükəli idi. Erməni millətçiləri bu vəziyyətdən istifadə edərək öz məkrli oyunlarını yenə də işə salmışdılar. Onların törətdikləri qırğınlar milli azadlıq hərəkatına ziyan vurur, Zəngəzurda, Qarabağda yüzlərlə Azərbaycan kəndi erməni talançılarının hücumlarına məruz qalır, Bakıda, Qubada, Şamaxıda soyqırımı zamanı on minlərlə günahsız adam evindən, yurdundan didərgin düşürdü. Erməni daşnakları elə o zaman da min bir hiylə işlədərək Azərbaycanın müstəqil dövlət olmasına maneçilik törədirdilər. Ziyalılarımız çox çətin şəraitdə milli azadlıq hərəkatına qoşularaq mübarizə aparırdılar. Bu işdə Azərbaycanın maarifpərvər qadınları da fəallıq göstərir, bütün xalqı faciələrə son qoyulmasına çağırır, maarif və mədəniyyətin inkişafına səsləyirdilər.


Millətin bilik, siyasi və mədəni səviyyəsinin inkişafı yolunda böyük əhəmiyyət kəsb edən, “Əkinçi” qəzetində H.B.Zərdabinin ürək yanğısı ilə dilə gətirdiyi qadın mövzusunu cəhalətin hökm sürdüyü bir dövrdə milli mətbuatımızın yaradıcıları cəsarətlə öz qəzetlərində, jurnallarında işıqlandırırdılar. Bu oyanışdan ruhlanaraq Azərbaycanın az-çox təhsil görmüş xanımları - Səkinə Axundzadə, Nabat Nərimanova, Ziba Qayıbova, Nigar Şıxlinskaya, Gövhər Şövqiyyə, Sara Vəkilova, Hədiyyə Məmmədzadə, Həlimə Axundova, Münəvvər Əlixanova, Maral Nəbizadə, Xuraman Rəhimbəyzadə, Asiya Axundzadə, Səidə Şeyxzadə öz yazılarında, şeirlərində qadınların təhsil almasını, öz hüquqlarını anlamasını, teatra, incəsənətə meyil etməsini vacib sayırdılar.


Münəvvər xanım Əlixanova “İşıq” qadın jurnalında yazırdı: “Əgər biz öz hüquqlarımıza malik olmaq istəyiriksə, lazım və vacibdir ki, qeyrət edərək ciddi bir surətdə müttəfiq olub öz əməl və arzularımızı kəndi əql və fərasətimizlə ələ gətirək. Gərək hamımız tamam bacarıqlarımızı hərəkətə gətirib iş dalınca yüyürək, öz yaralarımıza ittihad ilə məlhəmlər qoyaq. Bunu da bilməliyik ki, tək əldən səs çıxmaz, hər bir əqdamatda birlik böyük rol oynayır”.
Münəvvər xanım bu dəyərli məqaləsinin axırında qeyd edirdi ki, qadınları cəhalətdən elm, mədəniyyət, tərbiyə çıxaracaqdır. “Bizə elm ilə bərabər azadəlik də vacibdir”. 106 il bundan əvvəl deyilmiş bu sözlər bu gün də aktualdır.


Azərbaycanın ilk maarifpərvər qadınlarından Şəfiqə xanım Əfəndizadənin xalqı maarif və mədəniyyətin inkişafına səsləyən çağırışları “Şərqi-rus”, “Açıq söz”, “Azərbaycan” qəzetlərinin, “Dəbistan”, “Məktəb”, “Dirilik”, “Şərq qadını” və başqa mətbuat orqanlarının səhifələrindən eşidilirdi. H.B.Zərdabinin ömür-gün yoldaşı, görkəmli maarifçi Hənifə xanım Məlikova Şəfiqə xanımın Şərq aləmində əks-səda salan publisistik fəaliyyətinə yüksək qiymət verərək deyirdi: “Qadın təhsili məsələsində sən Həsən bəydən daha çox iş görə biləcəksən”.


Şəfiqə xanım XX əsrin əvvəllərində qadın hüquqşünaslığına aid müsahibələrin birində deyirdi: “1916-cı ildə Bakıda Cəlil Məmmədquluzadənin “Ölülər” komediyası ilk dəfə səhnəyə qoyulmuşdu. Tamaşa qurtaranda mən yaxın lojada bir qadının ağladığını gördüm. “Niyə ağlayırsan?” deyə soruşanda o, göz yaşını silib dedi: “Necə ağlamayım?! O yazıçı mənim həyatımı haradan bilir?..”
Bu kədərli hadisə ilə əlaqədar Şəfiqə xanım “Açıq söz” qəzetində “Ölülər” haqqında bir müsahibə” sərlövhəsi ilə çap etdirdiyi məqalənin axırında yazırdı: “Dünyada olan zülmlərin həpsini biz ünas (qadın) tayfası çəkir. Gələ-gələ düşünürdüm ki, iştə “Ölülər” faciəsinin həyat və məişətimizdə bir inqilab törədəcəyi ... aşkardır”.


1918-ci il sentyabrın 15-də Bakının erməni və bolşevik hərbi birləşmələrindən azad edilən tarixi gündə demokratik ruhlu mətbuatımızın ailəsində şərəfli yer tutan milli azadlıq və müstəqil dövlətimizin ilk mübariz orqanı “Azərbaycan” qəzeti qadınlarımızın həyatına, azadlıq, tərəqqi yollarına mayak kimi işıq saçmağa başladı. 


“Azərbaycan” qəzeti Şəfiqə xanım Əfəndizadənin əqidəsi, arzusu, publisistik fəaliyyəti üçün geniş meydan oldu. Bu azad, milli duyğular tərənnümçüsü mətbu orqanın redaksiya heyətinə üzv seçildi. Qadınların həyatı, mübarizəsi, hüquqları, təhsili, maariflənməsi haqqında bir sıra dəyərli məqalələr, hekayələr yazdı. Qəzetin 5-ci sayında onun “Təşkilatın qadınlara təsiri”, “Seçki və qadınlar”, “Milli bayram və qadınlarımız” (1919, 5 iyun), “Vətən bizim anamızdır” (1919, 25 iyun), “Analar! Qızlarınızı oxudunuz!” (1919, 25 iyul) və başqa məqalələri mətbuat tariximizdə dəyərli səhifələrdir.
Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsini elan edərək millət, din, sinif, cins ayrılığı gözləmədən öz ərazisində yaşayan bütün vətəndaşlara hüquq bərabərliyi, azadlıq, dinc həyat bəxş edirdi.
Ürəyi xalq məhəbbəti ilə döyünən ziyalılardan təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyəti az vaxtda böyük işlər gördü. M.Ə.Rəsulzadə demişkən, ilk növbədə xalq azadlığın, milli müstəqilliyin şirinliyini dada bildi. Maarif və mədəniyyətin inkişafı üçün özül qoyuldu. 

 


Azərbaycan parlamentinin qəbul etdiyi əsasnaməyə görə qadınlar seçki hüququna malik idilər. 4 fəsildən, 116 bənddən ibarət olan bu əsasnaməyə görə, 20 yaşına çatmış respublikanın bütün vətəndaşları Müəssislər Məclisinə seçkilərdə iştirak edə bilərdilər. Azərbaycanın ziyalı qadınları dövlətin verdiyi hüquqlardan, maarif və mədəniyyətin inkişaf etdirilməsi üçün yaratdığı şərait və imkanlardan istifadə edərək mədəni tədbirlərdə fəal iştirak edir, qadın azadlığı hərəkatını genişləndirir, milli azadlıq hərəkatına və respublikanın müstəqilliyinə maneçilik törədən qüvvələrə qarşı mübarizə aparırdılar. Qadın hərəkatının veteranlarından Ceyran Bayramova sonralar xatirələrində yazırdı ki, Azərbaycan parlamentində ilk dəfə müsəlman qadını ictimai-siyasi işlərdə iştirak etməyə başlamışdı.
Bu dövrdə maarifpərvər qadınlar milli məktəblərin yaradılmasında fəal çalışırdılar. Cümhuriyyətin qurucularından olan Nəsib bəy Usubbəyovun xanımı Eynulhəyat ilk milli qız gimnaziyasında dərs deyir, Maarif Nazirliyinin inspektoru işləyirdi.


Sankt-Peterburqda ali təhsil almış ilk müsəlman qızı Səlimə xanım Yaqubova Bakıda Birinci Ünas Türk Gimnaziyasının müdiri təyin edilmişdi. Onun evi əsl ziyalı ocağına çevrilmişdi. Burada Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə kimi işıqlı simalar toplaşır, milli mədəniyyətimizin sabahını düşünürdülər.
Görkəmli maarif xadimi Mədinə xanım Qiyasbəyli 1918-ci ildə Qazax qəzası xalq məktəblərinin inspektoru təyin olunmuşdu. O, bir il sonra Bakıda öz mənzilində pedaqoji kurs açmış, Azərbaycanın ilk maarifpərvər qadınları - Şəfiqə xanım Əfəndizadəni, Xədicə xanım Ağayevanı bu nəcib işə cəlb etmişdi. Müfti əfəndi Qayıbovun qızı Gövhər xanımın Bakıda öz mənzilində təşkil etdiyi 80 nəfərlik pedaqoji kursda o dövrün tanınmış pedaqoqları - Hüseyn Cavid, Abdulla Şaiq, Camo Cəbrayılbəyli, Xudaverdi Kələntərli, Səriyyə xanım Əhmədova, Nəimə xanım Qazıyeva dərs deyirdilər.
Gəncədə ziyalı qadınlar xeyriyyə cəmiyyəti yaratmış, şəhərin mədəni həyatında fəal iştirak etmişlər. Bu işdə Xədicə xanım Ağayeva, Cavahir xanım Rəfibəyli, Həcər xanım Şeyxzamanlı, Bilqeyis xanım Qazıyeva böyük səy göstərir, qızların təhsilinə kömək edir, qadınlar üçün teatr tamaşaları keçirir, daşnakların törətdikləri qırğınlar nəticəsində kimsəsiz, yetim qalmış, qaçqın düşmüş uşaqları öz himayələrinə alırdılar.

 


Qadın müəllimlərə olan ehtiyacı qismən ödəmək üçün əvvəllər rus qız gimnaziyalarını, Tiflis Nücabə Qızlar İnstitutunu, hətta H.Z.Tağıyevin qız məktəbini və ikiillik pedaqoji kursları bitirmiş qızlar ibtidai məktəblərdə dərs deməyə cəlb olunmuşdular.


Bu dövrdə Azərbaycanın tərəqqipərvər qadınları - Məryəm xanım Bayraməlibəyova Lənkəranda, Gövhər Şövqiyyə Şamaxıda, Nazlı Tahirova Naxçıvanda, Maral Nəbizadə Şəkidə, Bülbül Kazımova Gədəbəydə, T.Ağayeva, Yaqut Ağayeva, Fərdmuş Paşayeva Gəncədə, Səidə Şeyxzadə, Sara Vəzirova, Hənifə Məlikova, Qərib Soltan, Zərri Şahtaxtinskaya, Rəhilə Hacıbababəyova və başqaları Bakıda xalq maarifinin inkişafına çalışırdılar.


İllər bir-birindən çətin, əzablı gəlsə də, həyat eşqi, yaşamaq, qurub-yaratmaq amalı qadınlarımızı daim yüksəlməyə ruhlandırmışdı. 
Cümhuriyyətin yarandığı gündən bəri tariximizi göz önünə gətirəndə ürəyimiz qürur hissi ilə dolur. Keçilən yolların çətinliklərinə, əzab-əziyyətlərinə baxmayaraq, Azərbaycan qadınları ürəklərində vətən, ailə, övlad məhəbbəti cəmiyyətimizin ön sıralarında olmuş, dünya mədəniyyətinin ən yüksək səviyyəsinə qalxmışlar.


Tale ötən əsrin 90-cı illərində ikinci dəfə xalqımıza öz müstəqilliyini əldə etmək şansı verdi. Ulu öndər Heydər Əliyev başda olmaqla xalqımız şər qüvvələrə qarşı mübarizədən qalib çıxdı, müasir dövrün müstəqil, qüdrətli dövlətini yaratdı.

Sabir GƏNCƏLİ,
tarix elmləri doktoru

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı
19.03.2019, 21:34

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19.03.2019, 21:19

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu
19.03.2019, 21:05

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19.03.2019, 20:51

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb

“BMW”dən Türk dili qadağası
19.03.2019, 20:33

“BMW”dən Türk dili qadağası

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev
19.03.2019, 20:16

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

Nazir sosial sığınacağındakı Novruz şənliyində
19.03.2019, 20:03

Nazir sosial sığınacağındakı Novruz şənliyində

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO
19.03.2019, 19:48

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO

Bakıda "bomj" yol kənarında öldü
19.03.2019, 19:34

Bakıda "bomj" yol kənarında öldü

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib
19.03.2019, 19:21

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı
19.03.2019, 19:09

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019, 18:48

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19.03.2019, 18:41

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi
19.03.2019, 18:36

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı
19.03.2019, 18:25

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı

Efiopiyada terror – 5 nəfər öldü
19.03.2019, 18:05

Efiopiyada terror – 5 nəfər öldü

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı
19.03.2019, 17:54

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var
19.03.2019, 17:48

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
19.03.2019, 17:45

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı

Prezident daha bir publik hüquqi şəxs yaratdı
19.03.2019, 17:40

Prezident daha bir publik hüquqi şəxs yaratdı

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR
19.03.2019, 17:31

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı   
19.03.2019, 17:24

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı  

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat
19.03.2019, 17:14

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Nursultan Nazarbayev istefa verdi
19.03.2019, 17:12

Nursultan Nazarbayev istefa verdi

Manat və dolların martın 27-nə olan məzənnəsi
19.03.2019, 17:04

Manat və dolların martın 27-nə olan məzənnəsi

Bayram günləri işləyən bankların SİYAHISI
19.03.2019, 16:51

Bayram günləri işləyən bankların SİYAHISI

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi
19.03.2019, 16:40

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi

“ASAN Xidmət”ə yeni sədr müavini təyin edildi - DOSYE
19.03.2019, 16:27

ASAN Xidmətə yeni sədr müavini təyin edildi - DOSYE

Bakıda Çanaqqala zəfərinin ildönümü anıldı
19.03.2019, 16:27

Bakıda Çanaqqala zəfərinin ildönümü anıldı

Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular
19.03.2019, 16:20

Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular

Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil
19.03.2019, 16:19

Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil

Niyazi Bayramov vətəndaşların şikayətlərini dinlədi
19.03.2019, 16:14

Niyazi Bayramov vətəndaşların şikayətlərini dinlədi

Vasif Talıbov 7 nəfəri əfv etdi
19.03.2019, 16:07

Vasif Talıbov 7 nəfəri əfv etdi

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu
19.03.2019, 16:07

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

Binəqədidə Novruz şənliyi
19.03.2019, 15:51

Binəqədidə Novruz şənliyi

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”
19.03.2019, 15:41

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”

Ağstafada şəhid ailələri və əlillərlə birlikdə Novruz Bayramı keçirildi
19.03.2019, 15:30

Ağstafada şəhid ailələri və əlillərlə birlikdə Novruz Bayramı keçirildi

ARXİV