Modern.az

“Mançester Siti” vaxtından əvvəl  çempion oldu

“Mançester Siti” vaxtından əvvəl  çempion oldu

Dünya

15 Aprel 2018, 22:23

Premyer Liqada ikinci sırada olan “Mançester Yunayted”in “Vest Bromviç Albion”a yenilməsi ilə “Mançester Siti” çempionluğunu elan edib.

Modern.az  xəbər verir ki, Premyer Liqada bu sezon fırtına təsiri bağışlayan “Mançester Siti” 33-cü həftədə çempionluğunu elan etməyə nail olub.

Dünən “Tottenhem”i öz meydanında 3-1 məğlub edən “Mançester Siti” “Mançester Yunayted”lə xal fərqini 16-ya çıxarmışdı.

Komanda bu gün “Mançester Yunayted”in “Vest Bromviç Albion”a yenilməsi ilə Liqanın bitməsinə beş həftə qalmış çempionluq qazanmağa nail olub.

Komanda 33 həftədə 28 qalibiyyət, üç bərabərlik və iki məğlubiyyətlə 87 xal toplayıb. Pep Qvardiola idarəçiliyindəki komanda tarixində üçüncü dəfə Premyer Liqa çempionluğunu başı üzərinə qaldırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır