Modern.az

Tarixdə ilk dəfə dünyanın ən dərin mağarasına endilər -  FOTOLAR

Tarixdə ilk dəfə dünyanın ən dərin mağarasına endilər -  FOTOLAR

Dünya

15 Aprel 2018, 23:21

Rus speleoloqlar Abxaziyadakı dünyanın ən dərin mağarası olan Kruberaya enməyə nail olublar.

Modern.az  xəbər verir ki, mağaranın dərinliyinin 2190 metr olduğu güman edilirdi.

Bir həftəyə aşağı enən speleoloqlar onun 2212 metr olduğunu dəqiqləşdiriblər.

Əvvəllər ABŞ və Avropadan olan mütəxəssislər mağaraya enməyə çalışsalar da, buna nail ola bilməyiblər. rusiyalı mütəxəssislər bu uğurla indiyədək bilinməyən bir çox həqiqəti üzə çıxarıblar.

Onlar eniş üçün 27 gün lazım olduğunu düşünüblər, sonradan bunun bir həftəyə endirilməsinə müvəffəq olublar. Məlum olub ki, mağaranın uzunluğu 13 min 432 metrdir.

Pavel Demidov və İlya Turbanovun komandası mağaranın dibində in diyədək elmə məlum olmayan canlılar aşkarlayıblar. Onlar nümunələr götürərək laboratoriya şəraitində incələməyi qərara alıblar. (oxu.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır