Dünyada bir neçə dövlət var ki, nüvə silahlarına malikdir, həmin ölkələrin nüvə potensialı dünya hətta kosmos üçün də təhlükələrə yol açır.
Nüvə dövlətlərindən biri də əslində üzdə çox da görünməyən və sanki hər addımda özünün gücünü gizlədən Avropanın nüvəsini təşkil edən Fransadır.
Qeyd edək ki, Fransa bir neçə gün öncə ABŞ və Böyük Britaniya ilə birgə Suriya ordusunun mövqelərinə raket zərbələri endirib.
Fransanın nüvə gücü o qədər qorxuludur ki, hər hansı müharibə zamanı onların işə salınmasının hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətindir.
Fransanın “Triomphant” sinfindən olan sualtı gəmiləri əvvəlki nəsil sualtı gəmilərdən daha böyükdür.
O, “Charles de Gaulle” nüvə təyyarədaşıyan gəmisi ilə eyni reaktoru (K15) paylaşır.
Birinci seriyadan olan 4 hərbi gəmi M45 ortamənzilli raketlərlə təchiz olunmuşdu. M45 150 kiloton MIRV nüvə başlıqlarına malik idi, həmçinin bura ballistik raketlərdən müdafiə sistemləri də quraşdırılmışdı.
Fransa “Nüvə Klubu” ölkələrinə qoşulan dördüncü dövlətdir. Və nüvə arsenalının genişləndirilməsini necə deyərlər, soyuq müharibə dövrünə “borcludur”.
Bu gün Fransanın dəniz əsaslı nüvə arsenalı ölkənin ümumi nüvə potensialının əksəriyyətini təşkil edir. Bura nüvə başlıqları ilə təchiz edilmiş qitələrarası ballistik raketləri daşıyan sualtı gəmilər daxildir. Fransa hərbi texnologiyasının dizaynı və konstruksiyası hər hansı gözlənilməz nüvə hücumlarına qarşı effektiv mübarizə üçün əminlik yaradır.
Fransa 1960-cı ilin 13 fevralında ilk dəfə olaraq nüvə silahlarının sınağını həyata keçirib.
“Gerboise Bleue” (“Mavi Səhra Siçovulu”) kod adlı sınaq sübut etdi ki, Fransa özünün nüvə silahlarını necə təkmilləşdirib.
Fransa özünün dəniz qüvvələrində nüvə proqramlarına 1955-ci ildə başlayıb. İlk cəhd nüvə güclü Q.244 sualtı gəmisinin inşası oldu. Bu, nüvə başlıqlı 5 ballistik raketlə təzhiz edilən ilk gəmi idi. Lakin, Q.244 sonradan necə deyərlər, iflasa uğradı, çünki nüvə mühəndisləri reaktorları kifayət qədər miniatürləşdirə bilməmişdi.
Nəticədə 1959-cu ildə gəmidən istifadəyə son qoyuldu. Yer əsaslı PAT 1 reaktorunun təkmilləşdirilməsi layihəsi isə uğurlu alındı və nəhayətdə Q.252 sualtı gəmisi ortaya çıxdı.
Eyni zamanda Fransanın müdafiə sənayesi çox ağıllı işləyərək sualtı ballistik raketlərin istehsalına başladı.
Nəticədə M1 MSBS və ya Dəniz-Yer Strateji Ballistik Raketi meydana gəldi. M1 500 kiloton nüvə başlıqlı iki mərhələli raket idi. 1553 kilometrlik məsafədə yerləşən hədəfləri vurmaq qabiliyyətini özündə cəmləşdirmişdi. Bu, Biskayn körfəzindən Moskvanı vurmaq üçün kifayət idi.
Fransanın ilk nəsil sualtı gəmi raketləri, “Le Redoutable” və “L'Inflexible” sinfindən olan sualtı gəmiləri 1971-1980-ci illərdə inşa edilərək tamamlanıb.
Fransanın “L’Inflexible” sualtı gəmisi raketləri tam yeni dizaynda daşımaq gücündə idi.
Sualtı gəmilərdə yerləşdirilən M4 raketləri 2474 kilometr məsafədəki hədəfləri vurmağa qabil idi, bu isə Kazanın şərqini potensial hədəfə gətirirdi.M-4A-ların modifikasiya edilmiş M-4B nəsli 3720 kilometr məsafədəki hədəfləri vurmağa hesablanıb. Hər bir raket 150 kiloton nüvə başlığı daşımağa qadir idi.
Fransanın nüvə arsenalındakı silahların 87 faizi sualtı gəmilərdə cəmlənib.
Fransanın ikinci nəsil “Triomphant” sualtı gəmiləri isə 1986-2010-cu illərdə inşa edilib.
Bu nəsildən olan sonuncu gəmilər M51 qitələrarası ballistik raketlərlə təchiz olunub və onların da hər biri 150 kiloton döyüş başlığı daşıya bilir. Hər bir döyüş başlığının terminalın enmə mərhələsində özünün müstəqil manevr qabiliyyəti var.
Yeni raketlər tədricən Fransanın dəniz flotunun balansına verilir.
Amerikanın hərbi sahə üzrə ixtisaslaşan “The National İnterest” nəşri isə Fransanın nüvə arsenalı ilə bağlı hazırladığı materiala belə başlıq qoyub: “Fransa nüvə silahlarının çoxuna malikdir: O, milyonlarla insanı öldürə bilər”.
Ekspertlər düşünür ki, Fransanın güclü nüvə arsenalı olsa da, bu, nüvə müharibəsində qalib gəlməyə hesablanmayıb. Eyni zamanda məğlub olmamaq üçün də yetərlidir.
Hərbi mənbələrin verdiyi ən son məlumatlara görə, Fransanın aktiv hərbçilərin sayı 208 mindir.
Fransa 426 tank, 6867 zirehli döyüş texnikası, 325 özüyeriyən silah, toplar, 44 reaktiv yaylım atəşi sistemi, 284 döyüş təyyarəsi, 48 döyüş helikopteri, 4 təyyarədaşıyan gəmi, 11 freqat, 11 dağıdıcı gəmi, 10 sualtı gəmi, 20 sahil-mühafizə gəmisi, 18 minadaşıyan gəmiyə sahibdir.
Ermənistanda polis xalq tərəfə keçir
"Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi"
Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib
XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır
Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTO
Sumqayıtda mənzildən qadın meyiti tapılıb
Kubada Kastro erası başa çatdı
Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı
Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü
Vikipediya-da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb
Azərbaycanda 66 tibb işçisi məsuliyyətə cəlb edilib
Erməni əsilli milyarder həbs olundu
Gürcüstan Prezidentindən İlham Əliyevə TƏBRİK
Manatın sabahkı MƏZƏNNƏSİ
Çində kriptovalyuta fırıldaqçıları saxlanıldı
İraq aviasiyası Suriyanı bombaladı
“Deputatların saatı xarab olanda mənə gətirirlər” - SAATSAZ HACI: “O, 40 min manatlıq saat taxır”
Oqtay Şirəliyev Narkoloji Mərkəzin direktorunu işdən çıxardı
Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞDÜ
Nazirlik: Bakıda tozun miqdarı azaldı - YENİLƏNİB
Vətəndaşların yol polisindən etdiyi şikayətlər - SİYAHI
İlham Əliyev Rusiya və NATO generallarını qəbul etdi - YENİLƏNİB
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev
Naftalan otellərinə beynəlxalq sertifikat verildi
Hər ayağınıza olan ayaqqabını almayın - Tanınmış modelyerdən vacib MƏSLƏHƏT
Xaçmazda zona müşavirəsi keçirilib
Sarkisyan 3 naziri vəzifəsində saxladı
Elmar Vəliyev şikayətləri dinlədi
“Koroğlu” stansiyasının bir giriş-çıxışı bağlanır
Ermənistanda saxlanılanların sayı 100-ə çatıb
Əfqanıstandakı sülhməramlılarımız Vətənə qayıtdılar
Bazar günü rusdilli abituriyentlər qəbul imtahanı verəcəklər
ABŞ qorxulu iddianı TƏSDİQLƏDİ – Şübhələr DAĞILDI
Azərbaycanda 193.1 mln. manat sığorta haqqı toplanıb
İlham Əliyev ata Corc Buşa başsağlığı verib
Şərh yaz