Modern.az

Trampı prezident edən adam: “Rusların ona qarşı kompromatı var”

Trampı prezident edən adam: “Rusların ona qarşı kompromatı var”

Dünya

16 Aprel 2018, 10:55

Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi Kremlin Donald Trampla bağlı kompromatının olduğunu dilə gətirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə ABC News telekanalına müsahibəsi zamanı deyib.


“Rusların Trampa qarşı kompromatı var. Mən demirəm ki, bu 100% belədir, amma bu ehtimal var”.

 

Komi Trampın prezident olmaq üçün mənəvi baxımdan hazırlıqsız olduğunu da deyib.

“O prezidentliyə layiq deyil”.

FTB-nin keçmiş direktoru Trampı yalançı da adlanıdırıb. Bundan əvvəl isə Tramp Komini tarxdə ən pis FTB rəhəbri adlandırmışdı.

 

Ekspertlərin fikrincə, Kominin prezident seçkiləri öncəsi Hillari Klinton barədə araşdırmanın başlanması üçün göstəriş verməsi xanım siyasətinin seçkilərdə əsas məğlubiyyət səbəbi sayılır.   

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar