Modern.az

Ermənistan yenə özünü bəlaya saldı – Ağ Evi qəzəbləndirəcək ADDIM

Ermənistan yenə özünü bəlaya saldı – Ağ Evi qəzəbləndirəcək ADDIM

16 Aprel 2018, 11:36

ABŞ, Böyük Britaniya və Fransa Suriya ordusunun mövqelərinə zərbələr endirdi, bu hadisə hazırda beynəlxalq siyasətin prioritet müzakirəsinə çevrilib.

 

Rusiyanın idarəçiliyi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasında fövqəladə iclasında qəbul edilmiş bəyanatda Suriyaya endirilən raket zərbələri pislənilib.

 

Üçlüyün raket zərbələrinə qarşı “Putin İttifaqı”nın diplomatik reaksiyası Qərblə münasibətlər kontekstində diqqət cəlb edir.

KTMT-ya Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan daxildir. Bu dövlətlərdən yalnız 3-ü – Rusiya, Qazaxıstan, Belarus daha güclüdür, digərləri isə necə deyərlər kasıb ölkələrdir.

 

KTMT-nin bəyanatı Rusiya prezidenti Vladimir Putinin BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması ilə bağlı təşəbbüsü kontekstində qəbul edildi.

Qeyd edək ki, Rusiya BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim etsə də, onun qəbulu baş tutmadı. Rusiyanın təşəbbüsünə yalnız Çin və Boliviya dəstə vermişdi.

Kreml bundan sonra KTMT variantına əl atır. Əslində, Moskva bununla Suriya kampaniyası çərçivəsində öz çətiri altında olan koalisiyanın köməyindən istifadə olunması haqqında təəssürat yaradır.

 

Fakt isə budur ki, KTMT-ya daxil olan dövlətlərin heç birinin (Rusiya istisna olmaqla) Suriya ilə bağlı qərarı həlledici deyil, yalnız simvolik və formaldır. Lakin istənilən halda ABŞ ona qarşı cəbhə alan dövlətləri nəzərdən keçirir. 

Kremlin isə addımları yalnız illüziya yaratmağa hesablanıb ki, guya Qərbə qarşı alternativ koalisiya formalaşdırır.

Halbuki Rusiyanın əsas ticarət partnyorlarından biri olan Türkiyə ilə də Suriya məsələsində mövqeləri haçalanıb.

 

Maraqlısı isə Ermənistan kimi kiçik dövlətlərin Suriya kampaniyasına qoşulmasıdır.

 

Ermənistanın analitik 1in.am portalı yazıb ki, real situasiya Ermənistan üçün təhlükəli vəziyyət yaradır. Faktiki olaraq Ermənistan Rusiyanın diktəsi ilə prosesə cəlb olunub.

Rusiyadan aşırı dərəcədə asılılıq Ermənistanı yeni müharibə erasının içinə salır. Ən azından güman edilir ki, KTMT hərbi-siyasi blokunun üzvləri Qərbin hədəfinə çevrilir, söhbət əsasən də Amerikanın tətbiq edə biləcəyi sanksiyalardan gedir.

Qeyd edək ki,  ABŞ bir müddət əvvəl Rusiyanın hərbi sənayesinə daxil olan şirkətlərlə müqavilə imzalayacaq şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edilməyə başlamışdı.

 

Məlumatlara görə, sanksiyalar 2017-ci ilin yayında qəbul edilən “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” qanun əsasında tətbiq ediləcək.

Düzdür, hələlik bu siyahıya Ermənistan düşməyib, lakin  Yerevan proseslərə görə təlaş keçirir. Çünki Rusiya bu ölkəni silahla təmin edən əsas qüvvədir.

 

Şübhəsizdir ki, Amerikanın siyasi elitasında Azərbaycanın da Rusiyadan silah alması qısqanclıqla qarşılanır və Vaşinqtonun  bu mənada Bakı üçün alternativ düşünməsi anlaşılandır. 

Lakin, Azərbaycan özünün xarici siyasətində qərarqəbuletmə prosesində müstəqildir və hansı ölkədən silah alıb-almayacağını da özü müəyyənləşdirir.

Üstəgəl, Bakı Moskvaya aldığı silahın əvəzində milyardlarla dollar verir, Ermənistan isə özünün müstəqilliyini satır.

 

Vaşinqtonun Rusiya ilə silah ticarəti edən ölkələri sanksiya siyahısına salacağı ilə bağlı xəbərdarlığı Yerevan üçün xoş gələcək vəd etmir. Ermənistan heç olmasa, Suriya ilə bağlı neytral mövqe sərgiləsəydi, bəlkə o zaman hansısa müsbət impulsdan danışmağa dəyərdi. KTMT-nın baş katibinin erməni olmasını nəzər alsaq (Yuri Xaçaturov) bu zaman Yerevan üçün vəziyyətin qəlizləşdiyini görərik.

 

KTMT Suriya ilə bağlı bəyanatında faktiki olaraq anti-Amerika siyasətini ortaya qoydu və Ermənistan da buna tərəfdar olduğunu göstərdi.

Ermənistan mətbuatı yazıb ki, Ermənistan hakimiyyətinin guya balanslaşdırılmış siyasət haqqında yaratmaq istədiyi mif artıq özünün işləkliyini itirib.

Erməni mediası çağırış edir ki, rəsmi Yerevan tarazlaşdırılmış siyasət aparmalı, digər dövlətlərlə də ikitərəfli münasibətləri inkişaf etdirməlidir.

 

Qeyd olunur ki, Ermənistan özünün xarici siyasət kursunu yenidə gözdən keçirə bilmir və heç olmasa özünün məhdudlaşdırılmış resurslarını da işə salmır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir